Xavyer Bardemin gözünün şəkli hərracda satılacaq – VİDEO

Aktyor Xavyer Bardemin göz təsvirinin yer aldığı NFT, görmə qabiliyyətinin itirilməsi ilə məşğul olan “Ojos del Mundo” (Dünyanın Gözləri) xeyriyyə təşkilatını maliyyələşdirmək üçün hərraca çıxarılacaq.

“Görmək, eşitmək, toxunmaq, hiss etmək qabiliyyəti – bunlar itirənə qədər qiymətləndirməyəcəyimiz şeylərdir. Duyğularımıza və həssaslığımıza təsir edən görmə vasitəsilə hiss etdiyiniz hər şeyə çıxış əldə etmək emosional və mənəvi transformasiyadır”, – deyə Bardem bildirib.

O, qeyd edib ki, gözünün şəklini İspaniyanın “Ojos del Mundo” təşkilatına bağışlayıb və şəkil NFT olaraq satılacaq.

Mənbə: gazeta.ru

Share: