Şəhriyar üçüncü oldu

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovun iştirak etdiyi “Champions Showdown-2022” turniri başa çatıb.

“Qafqazinfo” xəbər verir ki, bu gün son üç tur baş tutub və nəticəyə görə Şəhriyar 6 xal toplayaraq üçüncü yeri tutub.

Qeyd edək ki, hazırkı müsabiqənin mükafat fondu 150 min ABŞ dollarıdır. Qalib 37 500 dollar qazanacaq, Şəhriyar Məmmədyarov 17 500 ABŞ dolları qazanıb.


Share: