“Rusiya ilə danışıqların vaxtına yalnız Zelenski qərar verə bilər” — Ağ Ev

“Rusiya ilə danışıqların nə vaxt aparılacağına yalnız Ukrayna Prezidenti Volodimir Zelenski qərar verə bilər”. 

“Qafqazinfo” “Qazeta.ru”ya istinadən xəbər verir ki, bunu Ağ Evin Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.

Kirbi bildirib ki, ABŞ-ın terrorizmi himayə edən ölkələr siyahısına Rusiyanı əlavə etməsi Zelenski üçün mümkün danışıqları çətinləşdirəcək. Lakin ABŞ hakimiyyəti “daha ​​yaxşı alternativlərin” olduğuna inanır.

Bundan başqa, Kirbi ABŞ-ın rəsmi Kiyevə Ukraynanın cənub və şərqdə döyüşməsi üçün lazım olan silahlarla, o cümlədən raket sistemləri ilə təmin etmək niyyətində olduğunu bildirib. O,  ABŞ-ın yaxın günlərdə Ukraynaya yeni hərbi yardım paketi göndərəcəyini də qeyd edib.


Share: