“Xankəndi ermənilərinin yetim-yesir fotolarını verməyin, ayıbdır” – ombudsman “qeyrətə” gəldi…

Faiq Balabəyli: “Erməni ombudsman belə rəy yaratmaq istəyir ki, guya ermənilər milli qürurun nə olduğunu bilirlər, halbuki, onlarda bu keyfiyyət yoxdur”

Ermənistan rəsmiləri hər vasitədən istifadə edib dünyanın diqqətini Xankəndidə qurduqları “tamaşa”ya cəlb etmək istəyirlər. Odur ki, gündə özlərindən bir oyun çıxarırlar.

İndi də Ermənistanın hüquq müdafiəçisi (ombudsman) Qeqam Stepanyan ortaya düşüb və bildirib ki, sosial şəbəkələrdə, xüsusən də uşaqların üzü açıq fotolarının çəkilməsi və yayılması yolverilməzdir. Hətta o deyib ki, Qarabağdakı ermənilərə göstərilən yardımı manipulyasiya edib ondan “yazıq səhnəsi” üçün istifadə etmək ən azı alçaldıcı hesab olunur, bununla bağlı İnsan Hüquqları Müdafiəçisinin ofisinə də çoxlu şikayətlər edilib. “Mən yardım göstərən bütün strukturları və şəxsləri insanların şəxsi həyatına və toxunulmazlıq hüququna hörmət etməyə və bu cür fotoşəkilləri yaymaqdan çəkinməyə çağırıram”- deyib erməni ombudsman.

Məsələ burasındadır ki, Ermənistan və ermənilər özləri Xankəndidə, Azərbaycan torpağında yaşayan erməniləri “yazıq”, “əlacsız” vəziyyətdə, dilənçi kökündə göstərirlər, onların acından öldüyünü, bir qarın çörəyə möhtac olduqlarını bildirirlər, qocaların, uşaqların cır-cındır içində şəkillərini paylaşlar. Bütün bunları edən özləridir, məqsədləri də xaricdən daha çox pul və dəstək qazanmaq, Azərbaycana qara yaxmaqdır.

  • “Xankəndidə yaşayan erməniləri dilənçi kökünə, hüquqsuz vəziyyətə elə separatçılar özləri salıblar…”

VHP-nın Siyasi Şurasının üzvü, Müstəqil.az saytının rəhbəri Faiq Balabəyli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, erməni ombudsmanın ermənilərin olmayan “qürur”undan, “qeyrət”indən  danışması gülünc görsənir. Ermənilərin yalnız son zamanlar deyil, hər zaman özlərini yazıq, acından ölən toplum kimi təqdim etdiklərini deyən F.Balabəylinin sözlərinə görə, onlar Xankəndidəki ermənilərin ətrafında biabırçı şou düzəltməklə  öz dilənçi mahiyyətlərini bir daha ortaya qoyurlar. “Ermənilər elə doğuluşdan yetim-yesir olublar. Qaraçı köçü kimi bu ölkədən o ölkəyə, o ölkədən bu ölkəyə gəliblər. Varlıların, imkanlıların arxasınca gəzib onların qapılarında iş tapıb işləyiblər. Yəni erməni deyilən toplumun milli qüruru olmayıb, onlar həmişə başqa xalqların süfrəsinin artığı ilə dolanıb. Necə ki, bu gün Ermənistan ianə hesabına yaşayır və Xankəndidəki ermənilər başqalarına əl açır. Dünya tarixində ermənilər-haylar heç zaman qürurlu xalqlar sırasında olmayıb. Bilirsiz ki, ermənilər barədə dünyanın tanınmış şəxsləri, mütəfəkkirləri müxtəlif fikirlər deyiblər, onları təhqir edib aşağılayıblar. Qədim peşə sahibləri kimi erməni qadınlarının adları həmişə vurğulanıb. Yəni bunlar xaraktercə, doğuluşdan yetim-yesirdir, gözüqıpıq, qorxaq, asılı vəziyyətdə olan, qul kimi özünü aparan bir toplumdur. Bu gün ermənilərin “qürurlu”, “qeyrətli”, “qüdrətli” bir xalq kimi təqdim olunması gülünc görsənir. Bu toplumu nə qədər belə xarakterizə etməyə cəhdlər etsələr də, yenə də içlərində xarakterlərinə çökən köləlik, yetim-yesirlik, başqalarına əl açmaq mahiyyətləri qalmaqdadır. Xankəndidəki erməniləri bu gün “qürurlu” toplum kimi qələmə vermək gülüş doğurur. Bu gün onlara “rəhbərlik edən” milyonçu Vardanyanın özü də miskin və yetim-yesirdir, pulu olsa da, başqasından asılıdır, hansısa dövlətin sifarişini yerinə yetirir. Vardanyan öz var-dövlətini qorumaq naminə erməniləri güdaza verməyə hazırdır. Bilirsiz ki, istər ermənilər özləri, istərsə də xaricdən hansısa yollarla Xankəndiyə gələnlər ermənilərin şəkillərini çəkib sosial şəbəkələrdə, xarici mediada yayırlar. Bu da, əlbəttə, ermənilərin mahiyyətini ortaya qoyur. İndi şəkil çəkənlər hardan bir qürurlu erməni tapsın ki, şəkilini çəkib yaysın? Dünyada qürurlu erməni yoxdur.  Xankəndidə yaşayan erməniləri dilənçi kökünə, hüquqsuz vəziyyətə elə separatçılar özləri salıblar ki, dünyanın gözünə yazıq, yetim-yesir günündə görsənsinlər, bəlkə kimsə bunlara yardım edə. İndi də bu fotolardan narahat olduqlarını deyirlər”.

F.Balabəyli qeyd edir ki, erməni adlı toplum tarixdə peyda olandan hər zaman onlardan istifadə olunub və bu toplumda humanizm anlayışı yoxdur. F.Balabəylinin sözlərinə görə, erməni ombudsman indi də uşaqların, qadınların və qocaların adından sui-istifadə edib cəfəngiyyatlar səsləndirir: “Erməni ombudsman belə rəy yaratmaq istəyir ki, guya ermənilər milli qürurun nə olduğunu bilirlər, halbuki, onlarda bu keyfiyyət yoxdur. Uşaqları, qadınları, qocaları özləri yesir vəziyyətdə ortaya salıblar, indi də durub başqasını onların fotolarını çəkib yaymaqda ittiyham edirlər. Guya onlar o şəkilləri yaymasaydılar ermənilər “qürurlu” olardı”.

F.Balabəyli qeyd edir ki, SSRİ vaxtında da ən çox təmin edilən ermənilər olub, lakin bu amil də heç zaman onların dilənçi xislətini unutdura bilməyib.

Leyla QARAXANLI

Share: