Xalq şairi Mirvarid Dilbazinin 110 illiyinə həsr edilmiş tədbir keçirildi.

Azərbaycan Respublikası Ağsu Rayon İcra Hakimiyyəti, İsmayıllı Regional Mədəniyyət İdarəsi Ağsu rayon Mədəniyyət Mərkəzi və Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin birgə təşkilatçılığı ilə Ağsu rayon Mədəniyyət Mərkəzində Azərbaycan poeziyasının görkəmli nümayəndəsi xalq şairi Mirvarid Dilbazinin 110 illiyinə həsr edilmiş yubiley tədbiri keçirildi.

Tədbir, Mirvarid Dilbazinin 85 illik yubiley tədbirindən Ulu Öndər Heydər Əliyevin və xalq şairi Mirvarid Dilbazinin çıxışlarından hazırlanmış videorolik ilə başladı.

Tədbiri açılış sözü ilə Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədri Güllü Eldar Tomarlı açaraq, vətən uğrunda canından keçən şəhidləri bir dəqiqəlik yad etdi və Mirvarid Dilbazinin həyat və yaradıcılığndan danışdı.

Daha sonra qonaqlardan İctimai Birliyin sədr-müşaviri Vüsal Sehranoğlu, Mirvarid Dilbazi Poeziya Məclisinin poeziya şöbəsinin rəhbəri, şair Südabə İrəvanlı, Mirvarid Dilbazi Poeziya Məclisi və Nur Ocağının üzvü, şair Səringül Sadə, şair Zaur Naqani, şair Yusif Duman, Mirvarid Dilbazi Poeziya Məclisinin Ağsu rayon təmsilçisi şair Minirə Dadaşqızı, Mirvarid Dilbazi Poeziya Məclisinin idarə heyətinin üzvü, şair Mərziyə Sarvan, Mirvarid Dilbazi Poeziya Məclisinin Kürdəmir rayon təmsilçisi, şair Yadigar Təvəkgül, Mirvarid Dilbazi Poeziya Məclisinin üzvləri Arzu Əliyeva, Hənifə Şəbnəm, Ağsu rayon Mədəniyyət Mərkəzinin əməkdaşı Əmrah Məmmədov, Ağsu rayon Mədəniyyət Mərkəzinin icraçı direktoru Elçin Novruzov, Ağsu rayon İcra Hakimiyyətinin İctimai-siyasi və Hümanitar məsələlər üzrə şöbənin müdir müavini Kənan Tacızadə çıxış edərək xalq şairi Mirvarid Dilbazinin yaradıcılığından söhbət açıb, şeirlər səsləndirdilər. Bildirdilər ki, Mirvarid Dilbazi Azərbaycan poeziyasının bir incisi, bir mirvarisidir.
Tədbirdə Səma rəqs qrupu Mirvarid Dilbazinin şeirlərinə bəstələnmiş musiqələrə rəqslər nümayiş etdirdilər. Müğənnilərdən Əzizağa Əzizov, Gülnarə Bəndəliyeva Mirvarid Dilbazinin şeirlərinə bəstələnmiş ifalar etdilər. Aşıqlardan Amil Dadaşov, Rafiz Məmmədov Mirvarid Dilbazinin sözlərinə aşıq havaları səsləndirdilər.

Müstəqil.az

Share: