Xəyal və həqiqətlər anı… -Xəbərdarlıq

Səni dəfn edəndə generallardan biri məzarına boylandı. İstər-istəməz pıçıldadım: Narahat olma, o, artıq ölüb, öldürdünüz… O isə gülümsünə-gülümsünə məzarın yanından sürüşüb getdi… Amma bu sürüşmə ilan sürüşməsinə oxşamadı. Görünür yenə sürüşüb, qayıdıb gələcəkdi.(I yazıdan)

II yazı

 

Mən gözlənilmədən sual verdim:

– Nə baş verib, polkovnik?

Dinmədi…

Yenə təkrar-təkrar soruşdum:

– Axı nə üçün?

O, bir müddət dayandı.

– Məsələ – dedi, neft məsələsi deyil. Məsələ Azərbaycanın genetikasıdır. Artıq o genetikamızın kodları zəhərlənib. Doğulan uşaqlara bax… diqqətlə bax. Onların içində xeyli nəsillər var ki, tamam başqa canlılara oxşayır…

…Yenə Cənub mehmanxanası. Amerika generallarının sakit gəlişi, aparılan müzakirələrin nəticələri gizlin saxlanılırdı. Polkovnik astadan pıçıldadı: “Mən bunlara inanmıram. Onlar bizi aldadırlar” – əlavə elədi. (Dəftərdə aparılan kiçik qeydlər ölkə başçısı üçün ayrılmışdı). Əyləşənlər (Azərbaycan xəritəsinin başına yığışanlar pay-püş edirdilər. Mən onda I regionlarda Amerika ağalığını, iddiasını gördüm). “Gücdən salıb, hücum etmək…” – bu qəribə siyasəy idi.

– Sən bu qeydləri qoru. Tarix üçün qoru. Gələcək taleyimiz üçün qoru-polkovnik dedi.

Həmin vaxt ABŞ Mərkəzi Kəşfiyyat İdarəsində milli məsələlər üzrə mütəxəssis Culi Koen iddia edirdi ki, hərəkətə keçmək vaxtıdır. Birinci növbədə Prezident Yanında Xüsusi İdarəyə “hücum etmək vacibdir”. Hər nə varsa orada var. Qalan məsələləri nizamlamaq olar. Bu millət üçün pul və sərvət hər şeydir…

– Anlamadım, polkovnik – dedi. Məgər Heydər Əliyevi pulla, sərvətlə aldatmaq olar? Ona nə iş təklif etmək olar?

– Əlbəttə, olmaz – polkovnik dedi. Amma onu gücdən salmaq, qolun-qanadın əzmək mümkündür.

Cəmi doqquz gün keçdi. On bir nəfərin imzaladığı neft xəritəsi büküldü. Otaqdakı gül qabıyadək baxdılar…

Qeyd: Doqquz gün ötüb keçməmiş Azərbaycan Prezidenti Yanında Xüsusi İdarənin rəisi öldürüldü. Bu böyük qətl idi…

Külək onun tellərini daradı. Amma o, diri idi. Hər şeyi görürdü, eşidirdi. Sonra üstü göyümtül dəftərdə qeyd etdiyi vərəqi göstərdi. Burda yazılanlara, deyilənlərə diqqət et. Bax gör, Heydər Əliyevi amerikalılar, İngilislər necə aldatdılaır. Onlar çevrilişə hazırlaşırlar. Birinci çevriliş Ərdoğan hökumətinə qarşı olacaq, oğlum. Amma əlim çatmır deyəm. Kimə deyəsən, kimin qapısını döyəsən?..

Mən dəftərdəki qeydlərə baxdım. Bizi aldadan, Heydər Əliyev cənablarına söz verib, onu aladadan neft krallarının boğazdan yuxarı dediklərinə bir də baxdım:

Neft kontraktlarını imzalamaqdan ötrü qabıqdan çıxanlara… sanki tamaşa edirdim…

Bütün bunlardan sonra düşünüb, daşındım.

Deyəsən amerikalılar növbəti çevrilişə imza atıblar… (Bir az əvvələ qayıdaq).

Mənə elə gəlir ki, gördüyüm və oğurlanmış… tam məxfi informasiya dəftərləri təbii bir şeyə çevrildi.

Bu təbiidir. Çünki Azərbaycanın müstəqil dövlət kimi heç bir təhlükəsizlik konseəpsiyası yoxdur. Onun “İnformasiya təhlükəsizliyi” konsepsiyası, “hərbi təhlükəsizlik” proqramı, hərbi kəşfiyyatın və əks-kəşfiyyatın sivil qaydalara cavab verən heç bir məramnaməsi yoxdur. Eyni zamanda, “informasiya blokadası”nda əziyyət çəkdiyimizi aləmə car çəkirik. Bu  da heç vaxt qəbul olunmur. Çünki XXI əsr üçün milli maraqları əks etdirən “Təhlükəsizlik və strateji proqramı” olmayan ölkənin informasiya blokadasına düşməsi də təbiidir. NATO-nun Brüsseldəki “MDB ölkələri üzrə Araşdırma Mərkəzi”nin (biz Azərbaycan üZrə hesabatı izləyirik) kəşfiyyat departamentlərinə hesabatlarında göstərilir ki, təhlükəsizlik konsepsiyası olmayan, Təhlükəsizlik Şurası işləməyən ölkələrin informasiya bölgüsü aşağıdakı kimi olur: Təhlükəsizlik konsepsiyası olmayan ölkələrdə Prezidentə, ölkənin Ali Baş Komandanına verilən hərbi informasiyaların 84 faizi, narkobizneslə bağlı informasiyaların 79 faizi, terror və qətl hadisələri, açılmayan, müəmma doğuran cinayətlərlə bağlı informasiyaların 82 faizi, prokurorluq və məhkəmə orqanlarından verilən informasiyaların 79 faizi, gömrük və vergi idarələrindən verilən informasiyaların 78 faizi, xüsusi xidmət orqanlarından verilən informasiyaların isə 72 faizi yalan hesabındadı.

ABŞ-ın Bakıdakı neft şirkətlərinin general rəhbərləri Dövlət Departamenti qarşısında belə bir məsələ qaldırılmışdı ki, Xəzər dənizindəki (o cümlədən, Azərbaycanda da) ABŞ-a məxsus neft şirkətlərinin çalışdıqları neft yataqlarının qorunmasını, təhlükəsizlik problemlərini öz üzərimizə götürürük. ABŞ-da belə bir “Neft qoruyucuları” dəstəsi var və onun heç kəsin gözləmədiyi bir vaxtda Bakıda, Xəzər dənizində peyda olması tam mümkündür. Çünki 1995-ci ilin avqust ayından ABŞ-da istefada olan Hərbi Dəniz Qüvvələrinin əsgər və zabitlərindən ibarət “Dəniz Neft yataqlarının qorunması” desantçıları mövcuddur. Bu dəstə ilə əlaqələri əsasən Amerikanın “Eyr Sken” firması öz üzərinə götürür. Bunun da əməkdaşlarının 39 faizi “Şevron” neft şirkətinə məxsus olan “Nabinda Qamfoyl” Oksan platformasını Anqolada qoruyur. Artıq ABŞ-ın “Lisliteri Profeşnl Risoriz İnk” (LPRİ) şirkəti Cənubi Afrikanın neft ölkələrində özünün bilavasitə təhlükəsizlik xidmətini görən “Desant Briqad”alarını ezam edir.

Ola bilsin, Bakıdakı xarici neft şirkətləri də ABŞ-ın “LPRİ” şirkətinə müraciət etsinlər. Çünki Bakının – Azərbaycanın sabahkı taleyi hələ ki, çoxları üçün qaranlıqdır. Prezident Heydər Əliyevdən sonra xarici neft şirkətlərinin sabitliyi üçün heç kim zəmanət verə bilmir. Əslində bu mühüm vəzifəni respublikanın MN-yi öz öhdəsinə götürməli, SQ-də istefaya buraxılmış əsgər və zabitlərin ən dəyərlilərindən ibarət dəstələr, blriqadalar yaatmalıdı. Görünür, MN-in “Müdafiə Strategiyası”nın proqram şəklində qəbul olunması və yaxud hazırlanmaması işləri yarımçıq və təhlükəli vəziyyətdə qoyur. Bakıda isə xarici neft şirkətlərinin generalları narahatdırlar. Həm İran Və Rusiya istiqamətində informasiya axınından və həm də baş verə biləcək hər hansı bir terror hadisəsindən.

Bakıda öz fəaliyyətini “Müdafiə strategiyası” prinsipilə quran, güclü iqtisadi və hərbi strateəji informasiya blokları olan “Pennzoyl” neft şirkətinin prezidenti general Tom Hamilton: “…Cənab Prezident! 9 qaz kompressorundan 7-si tamamilə istismara verilmiş və qaz vurmağa hazırdır. Mən razılıq hissi ilə qeyd edirəm ki, dünən axşamdan sahilə qaz vurmağa başlanmışdır. Biz qaz kəmərinin sınaqdan çıxarılmasını sona çatdırmışıq. Qazın yığılması layihəsi indi Azərbaycan üçün yeni bir işdir. Fəxr edirik ki, mavi yanacaq Azərabycanın ehtiyacları üçündür və qışda evləri qızdıracaqdır (?) Bu layihə bizə imkan verdi ki, təbii ehtiyatları milli ehtiyatlara çevirək…” (?) Bu onun Nigeriyadayı çıxışının təkrarı idi.

“Pennzoyl” neft şirkətinin başçısı, general Ceyms Peym isə Azərbaycan prezidenti 1997-ci ilin avqust ayının 2-də Hyustonda (ABŞ) əmin edir:

“…Əmin olun ki, 907-ci maddə məhz bu payızda (1997) aradan qaldırılacaqdır…”

“Konoko” şirkətinin Prezidenti general Arqu Bunxam: “…ABŞ konqresinin 1992-ci ildə “Azadlığı Müdafiə Aktı”na qəbul etdiyi 907-ci düzəlişin aradan qaldırılmasına yaxından kömək göstərəcəyimə əmin olun və bu sahədə ciddi iş aparacağıma söz verirəm…”

“Bi-Pi-AMOKO” şirkətinin nümayəndəsi general Maykl Taypehet: “…Biz 907-ci maddədən xəbərdarıq. Bu ədalətsizliyin aradan qaldırılması üçün hər cür köməklik göstərəcəyik…”

“Frontera resursuz” neft şirkətinin prezidenti general Uilyam Uayt: “…Biz əlaqələrimizin dairəsini həmişə genişləndirəcəyik. Çalışacağıq ki, Ermənistanla Azərbaycan arasında münaqişə sülh yolu ilə aradan qaldırılsın. Vaxtilə qəbul olunmuş 907-ci düzəlişin ləğv edilməsi istiqamətində əlimizdən gələni edəcəyik”.

“Şevron” neft şirkətinin prezidenti general Riçard Matske: “…ABŞ konqresinin vaxtilə qəbul etdiyi 907-ci düzəlişin aradan qaldırılması üçün “Şevron”şirkətinin göstərdiyi səylər böyükdür (?). 907-ci düzəlişin ləğv olunması barədə konqresmen Piter Rinqin irəli sürdüyü layihəni yüksək qiymətləndirirəm ( Bu layihədən Bakının xəbəri varmı?)…” “Con Vinq ənd Çarli Uilson” neft şirkətinin prezidenti general Çarli Uilson: “…Azərbaycanda səmərəli (?) fəaliyyətimizi bundan sonra da davam etdirəcəyik. 907-ci düzəlişin tezliklə aradan qaldırılmasına əməli köməklik göstərəcəyik…”

“Yunokal” şirkətinin prezidenti general Con Ayms: “…Cənab Prezident! Biz 907-ci düzəlişin qüvvədən düşməsi yolunda ciddi çalışırıq. Sizə səfir Con Mareskanı da təqdim edirəm. O da, 907-ci maddənin ləğvi üçün səylə çalışır…”

“Eksson” neft şirkətinin prezidenti, general Terri Kuns: “Cənab Prezident! Siz bu gün fəxri texaslı seçildiniz, mən isə burada doğulmuş texaslıyam (Texas ştatı) və ona görə də indi özümü Sizinlə bir növ qan qohumu sayıram… (?) Çalışacağam ki, “Eksson”şirkəti nəyin bahasına olursa-olsun, 907-ci düzəlişi ləğv etsin. Bu istiqamətdə birim öz proqramımız var…”

“Şell” neft şirkətinin (bu şirkət ABŞ-ın Hollandiya və Böyük Britaniya ilə birgə şirkətidir) icraçı direktoru, Admiral Filiəp Vate: “…Biz Azərbaycanın haqq işini həmişə müdafiə edəcəyik… Azərbaycan əleyhinə 907-ci düzəlişin ləğvi üçün çalışacağıq ki, ədalət bərpa olunsun…”

“Mobil” neft şirkətinin prezidenti, general Bill Skolins: “…Cənab Prezident! Mən Sizə şirkətin direktorlar şurasının sədri cənab Notonun salamlarını və xoş arzularını çatdırıram. ABŞ konqresinin 1992-ci ildə qəbul etdiyi ədalətsiz 907-ci düzəlişin ləğv edilməsi sahəsində səylərimiz çoxdur və nəticəsi də olmalıdır…”

“AMOKO” korporasiyasının direktorlar şurasının sədri general Lourens Fuller: “…ABŞ konqresinin “Azadlığı müdafiə aktı”na 1992-ci ildə qəbul etdiyi ədalətsiz düzəlişin tezliklə ləğv olunacağına inanıram. Bu yolda bizim şirkət də xeyli iş görüb…” Hətta bəziləri Heydər Əliyevi müqaviləyə qol çəksin deyə, ona Dədə Qorqud dedi…

Sadəcə, ötüb keçmiş stenoqram materialının bir qismini araşdırdım. Əgər Bakıda çalışan xarici neft şirkətlərinin sənədlərini araşdırsaq, görərik ki, bu neft generallarının heç birinin “Strateji qovluqlarında” ABŞ Konqresinin 907-ci düzəlişi haqqında heç bir işgüzar sənəd, “danışıq stenoqramları”, məxfi və yaxud qeyri-məxfi bir proqram… yoxdur. Deyilən sözlər, sadəcə, yalandan başqa bir şey deyil. Neft generalları üçün təkcə bir həqiqət var. O da Azərbaycan nefti və ona sahib olmaq yollarıdır. Fikrimizcə, yer üzündə bəlkə də ən böyük yalan generalların yalanıdı… Tarixdə yalanların sonu həmişə faciə ilə bitib. Çünki neft generallarının Azərbaycan prezidenti önündə belə çıxışları onların hər birinə məxsus, ayrı-ayrılıqda hazırlanmış “Neft Doktrina”larının mahiyyətindən irəli gəlir. O da neft ölkəsinə olan hərbi-strateji və siyasi maraqların qorunub saxlanılması, milli maraqlar naminə məxfilik prinsiplərinin və informasiya təhlükəsizlik qorunub. “Klinton Neft Doktrinası” iyul ayının 17-də ABŞ-ın Azəbaycan haqqında ayrıca götürülmüş “Neft Doktrinası” kimi (2000-ci il) qalacaq. Çünki bu Doktrinasının müddəaları hələ ki, yarımçıqdır və neft generallarını da elə bu məsələlər narahat edir.

“Ölümə məhkum edilmiş” ağır ifadədir. Yaşadığımız məmləkət haqqında bunu işlətməyə çətinlik çəkirik. Baxmayaraq ki, burada müəyyən qədər həqiqət payı var. Öz geosiyasi durumu və zəngin sərvətilə başqalarına “mane olan” gələcək varlığı da hələlik şübhə altındadır. O, tarixdə qala bilər. Hər şeyini itirmiş, dinini, imanını girov qoymuş, parçalanıb-dağılmış, didilib-tökülmüş… və nəhayət, sərvəti əlindən alınmış… talan olmuş, mənəvi dünyasına basqın edilmiş bir millət… kimi tarixin hansı bir günündəsə yaşaya bilər. Ona da imkan versələr… Çünki bu millətin əlində-ovcunda qalan təkcə imğkanıdır. İqtisadi və siyasi hadisələrin formalaşdırdığı imkan. Neftlə zəngin olan Küveytdə Şeyx Əmir Saleh qəbiləsindən olanlar belə imkanlara “Canavar imkanı” adı veriblər. Şeyx neftlə zəngin olan torpaqları hərraca qoyanlara qarşı mübarizədə aciz qaldığından və bu yolda iki oğlunu itirdiyindən ortancıl oğlu Əbdül ibn  Sealehə vəsiyyətində yazır: “…Bu canavarlar səni məhv edəcək. Bir damcı neftə qurban verəcək. Çəkil yoldan. Qoy onlar bir-birlərini didsinlər, öldürsünlər. Biz zülmə və istibdada məhkum millətik. “Məhkum” və “zülm”ün ərəb lüğətində mənasına bax. O, bizim taleyimizə neftlə birgə gəlib. Onları bir-birlərindən ayırmaq çətindir…”

Vəsiyyətin bir yerində isə Şeyx xatırladır ki, neft sərvətindən gələn gəlirləri oğurlayıb daşıyanların, günlərini eyş-işrətə sərf edənlərin, bitib-tükənməyən harın bir imkanı var: “Canavar imkanı”. Məhz bu baxımdan, yəni, Fars Körfəzi ölkələrinin xarici və yerli iş adamları tərəfindən talanması, gəlirlərin oğurlanıb xarici banklara “danışması”, xalqın milli və mənəvi sərvətlərinin viranə qalmasından narahat olan Birləşmiş Ərəb Əmirliklərinin Baş Qərargah rəisi general Şeyx Məhəmməd ibn Zahid Əl Nahayyan qonşu neft ölkələrinə iyun ayının 7-də müraciət edirdi: “…Təcili, nəyin bahasına olursa-olsun, Fars körfəzi ölkələrini təmin edə biləcək “Regional təhlükəsizlik Doktrinası”nın yaradılması, bizim sabahkı ümümərəb faciəsinin qabağını ala bilər. Oğurlanmış haram pulları qaytarmaq vaxtıdır. Ərəb mənafeyi milli mənafe olmalıdır. Bu mənafeni xaricilərə satmaq və yaxud bağışlamaq ən azı cinayətdir…” Belə bir cinayəti yaşamağı biz öyrətdilər, polkovnik… Təəssüf edir.

Rövşən Novruzoğlu,

Beynəlxalq Terrorizmə və Korrupsiyaya

Qarşı Mübarizə Strateji Araşdırmalar

Mərkəzi”nin direktoru, siyasi elmlər üzrə

fəlsəfə doktoru, professor, politoloq

Share: