Xəbərdarlıq: Azərbaycanda Fetoçular qiyam edə bilərmi?

Fikrimcə, (bəlkə də araşdırdığım materiallara görə) Azərbaycanda indiyədək törədilmiş terror hadisələrinin və onların iştirakçılarının siyahısı, adı, ünvanı, vaxtı… Amerika Birləşmiş Ştatlarında təqribən bir əsrdən artıq yuva qurmuş… Milli Erməni Assambleyasının arxivində saxlanılır. Əslində erməni Xaçaturyana da həm sifariş və həm də göndəriş elə ordan verilmişdi.

Məsələn, əgər törətdiyi cinayətə görə “Terror Kartotekasında mühüm yer tutan, Azərbaycana qarşı dövləti cinayətdə, qətliamlarda iz qoyan hər hansı bir erməni haqqında cinayət işi qaldırılan kimi “Erməni Assambleyası” baş qaldırır… Hələ də ekranlardan, saytlardan, informasiya kanallarından yığışdırılmayan… deyək ki, “Tərtər generalları”nın adları hallanır, dövlət başçısı və onun zabitləri etinasızlıqda ittiham olunur, dilindən tutulub, divana çəkilir.

Yenə fikrimcə (təhlillərimə görə) “Erməni Cinayətkarlarının yuvası olan Milli Erməni Assambleyası Azərbaycanın Hərbi Prokurorluğundan, ümumən Baş Prokurorluqdan qisas alır. Hazırda istintaqı aparılan “Meşəli cəlladı Xaçaturyanın” məsələsi balaca məsələ deyil. Erməni ssenarisi artıq hazırdır; Beynəlxalq aləmdə nəyin bahasına olursa-olsun, Tər-tər hadisələrini qabartmaq, onun müqabilində “Meşəlidə, Bəylikdə… baş verən erməni qətliamlarını pərdələmək, Azərbaycan əsgər və zabitini “yırtıcı” timsalında təqdim etmək…

Bu fransızların “Antenn-2” tele-kanalının qənaəti idi. Amma bu mümkün deyil, heç bir erməni terrorçusu fitnə-fəsadı ilə Azərbaycan prokurorunun əynindəki mundiri ləkələyə bilməz. İndiyədək erməni qətliamların üstünü açan xüsusən hərbi prokurorların qiyməti hələ verilməyib.

Cənablar, Siz erməni Xaçaturyana sual verin.

– Cənab Xaçaturyan, Siz “Meşəli”də neçə azyaşlı uşağın başını kəsmisiniz? Özü də əl mişarı ilə… İşarə hardan verilmişdi, onu deyin… Bundan da qəddar işləriniz onsuz da məlumdur.

Respublika Baş Prokurorluğunda Hərbi Prokurorluğun tam nəzarəti altında aparılan “Xüsusi İstintaq Qrupu”nun materiallarında Siz hər şeyi etiraf edirsiniz. Sadəcə biz – yəni Azərbaycan tərəfi həmin sənədləri BMT-nin İnsan haqlarını araşdıran Komissiyalarına təqdim edə bilmədik.

Ölkə başçısı cənab İlham Əliyevin səyilə Beynəlxalq Konvensiyaların üzümüzə açdığı qapılardan keçə bilmədik. Azərbaycan millətinə qarşı törədilən cinayətlərlə bağlı hzırlanmış 4-5 səhifəlik (?) etiraz məktubunu dünyaya çatdıra bilmədik…

Halbuki ölkənin hərbi prokurorluğunun istintaq qrupu faciə və qətliamlarla bağlı 10 minlərlə məxfi materialları araşdırıb. Və birmənalı şəkildə erməni cinayətkarlarının törətdikləri cinayətklər təsdiqini tapıb.

Ermənilərin qanına çökən Azərbaycan prokurorlarının zabitlərinin, əsgərlərinin şəəfini ən azından 44 günlük qələbə naminə qorumaq bizim borcumuzdur.

Politologiyamız reanimasiyada ilişib qaldı.

Təşkilatlarının əsl məclisi Fransız Təhlükəsizlik Xidmətinə soxulmuş erməni terroeçulaərına “yardım” üçün doqquz (9) nəfər göndərilmişdi ki, ermənilərə strateji və taktiki gedişləri öyrətsinlər.

Çünki Meşəli ərazisivə yaxud keçidi Beynəlxalq Terrorun həyata keçməsi üçün əsas qapılardan

-keçidlərdən biri idi.

Məlumata görə Hərbi Prokurorluqda (Prezident sərəncamı ilə yaradılmış) təşkil olunmuş İstintaq komissiyasının prokurorları həmin keçidi demək olar ki, ifşa etdi.

(Faktiki olaraq törədilə biləcək kütləvi qırğının qarşısı alınıdı. Azərbaycanın hərbi prokurorları Meşəlidə erməni terroruna məruz qalmış ölən və öldürülən, zəhərdən boğulan, həlak olan azərabycanlıları adətə uyğun dəfn etdilər.

Bu humanis addımlardan dünyaya meydan oxuyan BMT-nin bundan xəbəri oldumu?

Tədqiqatın məntiqi nəticələrinə görə bütün bu vəşhilikləri millətə unutdurmaq üçün “Tər-tər gündəliyi” yenidən açıldı. Amma mənim qənaətimcə heç kəs bu gündəliklə özlərinin çirkin və ləyaqətsiz məqsədlərinə çata bilməz. Məlum “Şahmat taxtası”nda belə gediş yoxdur. Bunu ölkə başçısı da, Ali Baş Komandan İlham Əliyev cənabları da bilir, hörmət və etibarlı vitse-prezidentimiz də…

Rövşən Novruzoğlu Vəlizadə,

Beynəlxalq Terrorizmə və Korrupsiyaya

Qarşı Mübarizə Strateji Araşdırmalar

Mərkəzi”nin direktoru, siyasi elmlər üzrə

fəlsəfə doktoru, professor, politoloq

 

Share: