Rusiya bu istiqamətdə əlverişli mövqeləri ələ keçirdi

“Rusiya hərbi birləşmələri Ukraynanın Xarkov vilayətinin Kupyansk istiqamətində əlverişli mövqelər tutub”.

 “Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi İqor Konaşenkov jurnalistlərə açıqlaması zamanı bildirib.

Rusiya Silahlı Qüvvələrinin hücumlarını davam etdirdiyini deyən Konaşenkov Kupyansk istiqamətində “Qərb” hərbi birləşmə qrupunun Xarkov vilayətinin Olşana qəsəbəsi yaxınlığında daha əlverişli mövqelər tutduğunu vurğulayıb.

Konaşenkov indiyədək Ukraynaya aid 458 təyyarə, 245 helikopter, 5 min 565 pilotsuz uçuş aparatı, 428 hava hücumundan müdafiə raket sistemi, 11 min 185 tank və zirehli texnika, 1144 çoxbarelli reaktiv yaylım atəşi sistemini məhv etdiklərini qeyd edib.


Share: