Yeddi aylıq körpə qaynar suda yanıb

2022-ci il təvəllüdlü Zeytulla Hüccət oğlu Nuriyev bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb.

Bu barədə Oxu.Az-a onun anası Aygün Əlizadə məlumat verib.

O bildirib ki, hadisə ehtiyatsızlıqdan baş verib:

“Evdə stolun üzərində içi qaynar su ilə dolu elektrikli çaydan var idi. Yeddi aylıq oğlum onun kabelindən dartıb. Çaydanda olan su üzərinə tökülüb.

Biz Lənkəranda yaşayırıq. Oğlumu təcili yardım maşını ilə Bakıdakı xəstəxanaya gətirdik. Evdə Zeytulladan əlavə, dörd uşağım da var. Onlardan biri serebral iflicdən əziyyət çəkir. Onun müalicələrini çətinliklə qarşılayırdıq. İndi isə körpəmin yanmağı vəziyyətimizi daha da pisləşdirdi. İmkanlı şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm. Bizə müalicə üçün 800 manat pul lazımdır”.

Əlaqə nömrəsi: (051) 506 91 02 (Aygün xanım).

Share: