Xəbərdarlıq: «ASALA» ÜÇÜN YENİ TERROR DÜŞƏRGƏLƏRİ SALIRLAR

Araşdırmalarmıza görə Ermənistanın «Nüvə axtarışları sahəsindəki ilk proqramları» açıqlandı Yerevanda qapalı keçirilən Təhlükəsizlik Şurasında bu tezisləri hazırlayanların adları da qeyd olundu (Pr.Q.Ter-Akopyan, pr. K.Ter-Martirosyan, pr. S.Avakyan, pr. K.Alanakyan…).

Erməni professoru Ter-Akopyan iddia edirdi: «…Əvvəlcə bu millətin (söhbət azərbaycanlılardan gedir – R.N.) genetik «düşüncəsi»ni, genetik kodlarını zəhərləmək lazımdır. Sonrası asandır -bundan sonra о, öz-özünə öz dinindən, imanından, sağlam düşüncəsindən əl çəkib uzaqlaşacaq. İslam dinindən qorxmaq lazım deyil.

İmkan varsa, «pərdə arxası»nda о dini qəbul edin. Məscidlərə girin, İslam din xadimləri ilə bir süfrədə oturun… Qalib gəlmək üçün hər şeydən istifadə edin… Beləliklə, birinci addım nüvə axtarışı olsun. Bu türk dünyasını, onun qanındakı İslam dinini ancaq belə məhv edə bilərik…» (professor Q.Ter-Akopyanın «Artsak» TV-dəki 2022-ci il martın 7-dəki çıxışından). Otuz altı maddədən ibarət olan bu strateji proqramda dörd yerdə (12-ci, 14-cü, 19-cu və 26-cı maddələrdə) işğal olunmuş Dağlıq Qarabağın adı çəkilir, ərazilərin bir qismi «nüvə zonaları»na ayrılır.

  1. Kəlbəcər rayonu ərazisi (Cənub-Qərb hissəsindəki Başlıbel yaşayış məntəqəsi);
  2. Şuşa rayonu ərazisi (Cənub-Qərb hissəsindəki Göytala yaşayış məntəqəsi);
  3. Laçın rayonu ərazisi (Şərq hissəsindəki Micidərə, Malxələf, Aşağı Fərəcan yaşayış məntəqəbrinin ərazisi);

(B.Pr., Yerevan Fizika İnstitutunun müəllimi S.Stepanyan 2022-ci il aprelin 9-dan 11-dək institutda «Nüvə tədqiqatları, İslam və Ermənistan» mövzusunda keçirilən

yığıncaqda bu yerlərin adını çəkib: – YDU. «Xüsusi bülleteni», 2022, 30 aprel, səh 4).

Ermənistanın SQ-dəki yeni elmi-tədqiqat mərkəzlərinin açılması və yaxud genişləndirılməsi məqsədəuyğun hesab edilib.

Məlumata görə işğal olunmuş Dağlıq Qarabağ ərazisinin üç müxtəlif nöqtəsində «ASALA» erməni terror təşkilatının yeni, radikal qanadı üçün təlim düşərgələri salınıb:

  1. Şuşa rayonu ərazisi (Şimal hissəsindəki Xələfli yaşayış məntəqəsi).
  2. Xocavənd rayonu ərazisi (Qərb hissəsindəki Kiş yaşayış məntəqəsi).
  3. Xankəndi rayonu ərazisi (Şərq hissəsindəki Əsgəran yaşayış məntəqəsi).

(B: Bu ərazilərin adı 2022-ci il avqustun 14-də Beyrutdakı (Livan) «Qnçak» erməni partıyasının eyni adlı nəşriyyatında çapdan çıxan «Dağlıq Qarabağ» (№-6) xüsusi bülletenində kəşfiyyat zabiti L.O.Gevorkyanın «Milli azadlıq cəbhələrimizin müdafıə strukturu» yazısında çəkilir). Və bu təlim düşərgələri rəsmi sənədlərdə «Etmənistan Milli Azadlıq Cəbhəsi»nin «Müdafıə bazası» kimi qeyd olunur. Araşdırmalarımıza görə, «ASALA»nın Livanda fəaliyyət göstərən «Həmas» və «Hizbullah» silahlı-terrorçu dəstələri ilə də ciddi əlaqələri var.

Başqa bir məlumatda isə «ASALA»çılardan ibarət xüsusi kiçık «Mühafızə qrupları» deyilən qruplar təşkil edilib. Bu qruplar bilavasitə «Həmas» (Livan) silahlı birləşmələri ilə sıx əlaqədə fəaliyyət göstərir (Bu dəstənin Xankəndi-Yerevan-Beyrut xüsusi təyyarə reys.

Rövşən Novruzoğlu

Share: