Washington Post: Ukraynaya görə ABŞ müttəfiqləri ilə gərginlik yaşayır

Ukraynaya görə ABŞ-la onun müttəfiqləri arasında gərginlik yaşanır, Birləşmiş Ştatlar Avropa ittifaqı ölkələrinə Ukraynaya maliyyə yardımını artırmağı tələb edir.

Bu iddia ilə çıxış edən müəllif qeyd edir ki, bu həftə dünya maliyyə liderlərinin Vaşinqtonda keçirdiyi görüşlər zamanı ABŞ Maliyyə Naziri Janet Yellen həmkarlarını Ukraynaya pul axınının miqdarını sürətləndirməyə çağırıb.

Öz növbəsində Dünya Bankının yeni proqnozları Ukrayna iqtisadiyyatının bu il 35 faiz kiçiləcəyini, inflyasiyanın isə gələn ilin əvvəlində 40 faizə çatacağı bildirilir.

“Döyüş meydanında vəziyyətin Ukraynanın xeyrinə dəyişməyinə baxmayaraq, milli ixracat və vergi gəlirləri azalıb, Rusiyanın intensiv hücumları nəticəsində elektrik şəbəkəsi də daxil olmaqla kritik infrastrukturun bir hissəsi məhv edilib”, – mənbə yazır.

Mənbə: The Washington Post

Share: