Voleybol millimizin AÇ-dəki oyunlarının təqvimi bilindi

Avqustun 15-dən sentyabrın 3-dək Belçika, İtaliya, Almaniya və Estoniyanın ev sahibi olacağı Avropa çempionatında mübarizə aparacaq qadın voleybolçulardan ibarət Azərbaycan millisinin oyunlarının təqvimi təsdiq olunub.

“Qafqazinfo” xəbər verir ki, final mərhələsində yığmamızın yer aldığı C qrupuna Almaniya ev sahibliyi edəcək. Komandamızın rəqibləri isə meydan sahibləri ilə yanaşı, Çexiya, Türkiyə, Yunanıstan və İsveç olacaq.

Qeyd edək ki, Avropa çempionatının final mərhələsində 24 komanda, 4 qrupda mübarizə aparacaq. Qrupda ilk dörd yeri tutacaq komandalar növbəti mərhələyə yüksələcəklər.

Oyunların təqvimi (C qrupu)

(Oyunların başlanma saatı Bakı vaxtı ilə göstərilib):

18 avqust


   

23:00 Azərbaycan – Çexiya

19 avqust

23:00 Azərbaycan – Almaniya

20 avqust

   

23:00 Türkiyə – Azərbaycan

22 avqust

   

20:00 Azərbaycan – Yunanıstan

23 avqust

   

20:00 İsveç – Azərbaycan

 


Share: