Uzun bir yol gələn sevinc – Faiq Balabəyli yazır

Bir Azərbaycan vətəndaşı, bir ASCO ailsinin üzvü, dənizçi kimi üzvü olduğum bu möhtəşəm ailənin – ASCO-nun uğurlarına sevinirəm. Nə yaxşı ki, bu kollektivin üzvüyəm.

Ağzıgöycəklər çalışıb nəsə deməsin, məni nədəsə suçlamasın və deyəcəyim həqiqətlərin üzərinə kölgə salmasın. Mən gördüklərimi, hiss etdiklərimi, yaşananları deyirəm. O da doğrudur ki, nələrsə heç də istədiyimiz kimi deyil, necə deyərlər arzular böyük, istəklər çox, reallıqlara tapınmaq, hesablaşmaq isə bəzən zor olur. Nə isə, yuxarıda dediyim kimi, mən yaxşılıqları görməyi, buna görə sevinmyi, alqışlamağı və təbliğ etməyi bacaranlardanam.
Nədir, məni bu yazını yazmağa, fikirlərimi sizlərlə bölüşməyə, sevincimi paylaşmağa sövq edən?

Prezident İlham Əliyevin tapşırığı ilə dənizçilər üçün tikilən yaşayış kompleksi təhvil verilib
Çox şeyləri sadalamaq olar. Məsələn, gəmiçiliyimizin balansına daxil olan yeni nəsl gəmilərin alınması, istismar olunmasıı, yeni gəmilərin gəmiçiliyimiz tərəfindən sifariş verilməsi və tikilməsi, insanların rifahının yaxşılaşdırılması istiqamətində görülən işlər və atılan addımlar, ölkədəki minimum istehlak səbəti ilə ayaqlaşmada əməkdaşlarımızın digər müəsisələrlə müqayisədə əmək haqlarının orta hesabla 3-4 dəfə çox olması (əlbəttə daha çox olsa daha yaxşı olar və hər il əmək haqlarının qaldırılmasının müşahidə edilməsi yaxın illərdə bunun da gerçəkləşəcəyindən xəbər verir), Asco ailəsinin yay mövsümündə istirahətlərinin təşkili, müharibə veteranlarına, şəhid övladları olan dənizçi ailələrinə xüsusi olaraq diqqət və qayğının göstərilməsi, 200 nəfərə yaxın müharibə iştirakçısının – qazimizin işlə təmin edilməsi, təsillərində güəştlərin olunması  və sairə. Siyahını uzatmaq olar, amma burada yenə də bəzi ağzıgöyçəklərin narahatçılığını başa düşürəm; əgər içlərində xəbislik varsa, ürəklərinə salacaqlarını başa düşür, düçar ola biləcək xəstəliklərinin müalicəsi üçün də umacaqları yer elə bizim AXDG və onun rəhbərliyi olacaq, deyə sadalamanı saxlamaq fikrində israrlıyam.


Dünən, 2023-cü ilin may ayının 10-da yüzlərlə dənizçi və onların ailəsinin, doğmalarının, yaxınlarının sevincini hiss etməmək, bu sevinci yaşayanlara qoşulub sevinməmək mümkün deyildi. İllərlə mənzil növbəsində duranlar, ömürlərinin çox hissəsini kirayələrdə sürənlər, kirayə evlərdən qız köçürüb, gəlin gətirib nəvə sevincini yaşayıb, ümüdlə özlərinin ev-eşiklərinin, yurd-yuvalarının olmasını gözləyənlərin fərəhi, sevinci, gözlərindən oxunan bəxtiyarlıq və bunları müşahidə etmək necə də xoş idi. Düzdür, gec oldu, amma oldu. Həmkarlarımızın uzun illər növbədə qalmalarının əsas səbəbi, əlbəttə SSRİ kimi coğrafiyası böyük olan bir ölkənin parçalanması, xalqların özlərinin müqəddəratını həll etməsi, yeni, müstəqil dövlətlərin yaranması idisə, digər tərəfdən də, Azərbaycan kimi tolerant bir dövlətə ətrafdakı qonşu dövlətlərin hamısının diş qıcaması, qısqanc və düşmən mövqeyində dayanması, inkişafına mane olması idi. Əlbbəttə qardaş Türkiyə istisna təşkil edir.
Bu tarixi hər birimiz yaşadıq, müharibənin gətirdiyə dərd bəla, məcburi köçkünlərə sahib çıxmaq, onlara vətəndə qürbət yaşamamağın, bu acını daşımamağın yollarını aramaq,  köçkünlük acısı yaşayanlarımızın həyat şəraitini yaxşılığa doğru təmin etmək… və bütün bunların hər bilrimizin ömrünün 30 illik müşahidəsi ilə keçməsini etiraf etməliyik.

Artıq çox şeylər arxada qaldı. Və bu arada Milli donanmamızın da artıq özlərini və öz işçilərinin güzəranını yaxşılaşdırmaq, onların sosial təlabatlarının təmin edilməsi  istiqamətində 10 ilə yaxın bir müddətdə apardığı siyasət özünün bəhrəsini verdi
Bir dənizçi və “Dənizçilərə Sosial Dəstək” İctimai Birliyinin sədri olaraq, dənizçilərimizin mənzillətəmin edilməsində fədakarlıq edənlərin hər birinə, xüsusi olaraq AXDG QSC-nin sədri Rauf Göyüş oğlu Vəliyevə həmkarlarım və birliyimizin idarə heyyıtinin adından təşəkkür edirəm, çox yaşayın, xoş yaşayın, deyirəm.
Faiq Balabəyli,
AXDG QSC XDND-nin “Şamaxı” gəmisinin kapitanı,

“DSD”İB-nin sədri, AYB üzvü, şair, Prezident mükafatçısı

Share: