Ülvi Qənizadə dünya çempionatının gümüş medalını qazandı

Serbiyanın paytaxtı Belqradda güləş üzrə dünya çempionatı davam edir.

“Qafqazinfo” xəbər verir ki, ikinci mərhələdən mübarizəyə qoşulan yunan-Roma güləşçimiz Ülvü Qənizadə (72 kq) qazaxıstanlı İbrahim Məhəmmədovu 4:2 hesabı ilə üstələyib.

Təmsilçimiz dörddəbir finalda bolqarıstanlı Deyvid Dimitrovu vaxtından əvvəl məğlub edib – 10:0.

Güləşçimiz yarımfinalda türk Selçuk Canla olduqca gərgin görüş keçirib. Yekunda rəqibinə 4:3 hesabı ilə qalib gələn güləşçimiz adını finala yazdırıb. Ü.Qənizadə həlledici görüşdə serbiyalı Ali Arsalanla üz-üzə gəlib. Rəqibinə məğlub olan güləşçimiz gümüş medalla kifayətlənib.

Daha əvvəl güləşçimiz Eldəniz Əzizli (55 kq) ikiqat dünya çempionu olub.


Share: