Ukrayna gəmisinə görə Bosfor boğazı bağlandı — Yenilənib

09:59

Ukraynadan İstanbula doğru hərəkət edən yük gəmisi Bosfor boğazında saya oturub.

“Qafqazinfo” “Habertürk”ə istinadən xəbər verir ki, nəticədə boğazda gəmilərin hərəkəti dayandırılıb.

Məlumata görə, Türkiyə tərəfi xilasetmə əməliyyatı üçün hadisə yerinə 8 gəmi göndərib.

14:07

“TRT Haber”in məlumatına görə, 4 saat davam edən xilasetmə əməliyyatı nəticəsində gəminin hərəkəti bərpa edilib. 

Həmçinin qeyd olunur ki, boğazda gəmilərin hərəkətinin də bərpa edilməsi gözlənilir.


Share: