“BTS” qrupunun üzvü solo albom buraxacaq

“BTS” qrupunun üzvü Park Jimin debüt solo albom buraxacaq.

Kulis.az xəbər verir ki, fevral ayında çıxacağı gözlınilən albomun çıxış tarixi hələ bəlli deyil. Albomun təfərrüatları da hələlik bilinmir.

Qeyd edək ki, Jimin, “BTS”dən kənar bir sıra birgə mahnılar buraxıb. O cümlədən, Ha Sung Woon ilə “With You” və Snoop Dogg və Benny Blanco-nun “Bad Decisions” mahnısını BTS vokalistləri ilə birlikdə səsləndirib.

Share: