Ukrayna Efiopiya və Somaliyə 50 min ton pulsuz taxıl göndərəcək

Ukrayna Nazirlər Kabineti aclıqdan əziyyət çəkən Afrika ölkələrinə 50 min ton pulsuz taxıl göndərəcək.

Bu barədə məlumat Ukrayna hökumətinin müvafiq fərmanında yer alıb.

Bildirilib ki, Ukrayna Dövlət Ərzaq və Taxıl Korporasiyası səhmdar cəmiyyəti öz ehtiyatlarından taxıl ayıracaq, sonra isə dövlət büdcəsinin ehtiyat fondu şirkətə müvafiq məbləğdə kompensasiya ödəyəcək.

Fərmanın mətninə əsasən, buğda Efiopiya və Somaliyə göndəriləcək.

Qeyd olunub ki, Odessa Dəniz Ticarət Limanından taxılın beynəlxalq təşkilatlar hesabına daşınmasına görə ödəniş və gələcək logistika məsələləri Ukrayna Xarici İşlər Nazirliyi ilə BMT arasında razılaşdırılmalıdır.

Mənbə: gazeta.ru

Share: