Nyu-Yorkda Blinken-Bayramov-Mirzoyan görüşü keçirilir — Yenilənir

“ABŞ Dövlət katibi Entoni Blinken Ermənistan və Azərbaycanın XİN rəhbərləri Ararat Mirzoyan və Ceyhun Bayramovla görüş keçirəcək”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Ermənistan XİN-in mətbuat katibi Vaan Unanyan açıqlayıb.

Onun sözlərinə görə, üçtərəfli formatda keçiriləcək görüş bu gün Nyu-Yorkda baş tutacaq.

***

Nyu-Yorkda ABŞ dövlət katibi Entoni Blinken, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın üçtərəfli görüşü başlayıb.


Share: