Gəncədə 17 yaşlı oğlan bıçaqlandı

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

“Qafqazinfo”nun xəbərinə görə, hadisə şəhərin Üzeyir Hacıbəyov küçəsində olub.

Həmin ərazidə hələ ki, bilinməyən səbəbdən şəhər sakini 2005-ci il təvəllüdlü Novruzov Həsən bıçaqlanıb.

O, dərhal xəstəxanaya çatdırılıb. Vəziyyəti kafi qiymətləndirilir. 

Faktla bağlı araşdırma aparılır. 

Elmar Əli


Share: