UEFA-nın bütün dünya ölkələrini əhatə edəcək yeni turnir planı.

UEFA bütün dünya ölkələrini əhatə edəcək yeni bir turnir təşkil etməyi planlaşdırır.

Publika.az xəbər verir ki, layihənin adı “Qlobal Ölkələr Liqası” olacaq.

Slovakiyada keçirilən konqresdə Çempionlar və Avropa Liqasının gələcəyi ilə bağlı radikal dəyişikliklər edən ali futbol qurumu yeni və daha genişmiqyaslı liqanın hazırlıqlarına da başlayır. “Qlobal Ölkələr Liqası”nda sadəcə Avropa deyil, dünyanın hər yerindən milli komandalar yarışa biləcək. Bu layihə bir növ Dünya Çempionatının kiçik modeli olacaq.

UEFA-nın səlahiyyətli nümayəndələrinin Almaniya mətbuatına verdiyi açıqlamada Avropadakı Ölkələr Liqasını genişləndirərək dünyəvi səviyyəyə çatdırmaq niyyətlərinin olduğunu bildiriblər.

Plana görə, turnir 2 ildə bir dəfə keçiriləcək. İlk ələmə mərhələləri 2020-ci ildə gerçəkləşdiriləcək nəhəng layihənin ilk finalı 2021-ci ildə olacaq. Yeni layihənin qlobal çərçivədə olması UEFA-nın FİFA-ya meydan oxuması kimi dəyərləndirilir.

 

Müstəqil.Az

Share: