Ucarda avtomobil 8 yaşlı uşağı vurub

Ucarda piyadanın ağır xəsarəti ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün rayonun 20 Yanvar küçəsində qeydə alınıb.

İsrayıl Əli oğlu Rzayev idarə etdiyi “VAZ 2107” markalı minik maşını ilə yolu keçən piyada, 2016-cı il təvəllüdlü Adıgözəlli Yusif Kənan oğlunu vurub. Zərərçəkən Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Həkimlər azyaşlının vəziyyətinin orta-ağır olduğunu bildirirlər.

Zərərçəkənə ilkin tibbi yardım göstərildikdən sonra o, Göyçay Rayon Mərkəzi Xəstəxanasına göndərilib.

Share: