Türkiyənin sevilən yazıçısı yenidən ˝LIBRAFF˝da

10 iyun saat 14:00-da ˝LIBRAFF˝ın ˝Park Akademiya˝ filialında Türkiyənin sevilən gənc yazıçısı Beyza Alkoç yeni nəşr olunan ˝Kalp muhafızı˝ kitabının təqdimatı və imza günü keçiriləcək.

Kulis.az xəbər verir ki, oxucu sayının çoxluğunu və vaxt məhdudiyyətini nəzərə alaraq tədbirdə hər kəs maksimum 2 kitab imzalada biləcək. Sadəcə, orijinal kitablar imzalanacaq.

Tədbirdə iştirak zamanı sıra nömrəsi əldə etmək üçün müəllifin ən azı 1 kitabını ˝LIBRAFF˝dan aldığınızı təsdiq edən qəbz tələb olunacaq. Bu səbəbdən ˝LIBRAFF˝ın mağazalarımızdan kitabları əldə edərkən sizə təqdim edilən qəbzləri itirməyin.

Kitabları imza günü yerində də əldə etmək mümkün olacaq.

Qeyd edək ki, Beyza Alkoç ˝Karantina˝, ˝Daire 7˝, ˝Enkaz Altındakiler˝, ˝No. 26˝, ˝Sıfır kilometre˝, ˝Kar tanesi˝, ˝3391 kilometre˝, ˝Kar küresi˝, ˝Sınır˝, ˝Sınırsız˝, ˝Asansör˝ kitablarının müəllifidir.

Ünvan: Hüseyn Cavid pr. 100, ˝Elmlər Akademiyası˝ m/s-nın əsas girişi ilə üzbəüz.

Share: