Türkiyənin iqtisadi artım göstəriciləri açıqlandı – Proqnozlar alt-üst oldu

Türkiyənin iqtisadi artım tempi 2017-ci ilin üçüncü rübündə iki dəfə artıb.

Müstəqil.Az  xəbər verir ki, bu barədə informasiyanı “Blomberq” agentliyi yayıb. Agentlik Türkiyənin ümumdaxili məhsulunun iyul-sentyabr ayları ərzində 11,06%, illik müqayisədə isə 5,4% artdığını bildirib.

Ölkənin həmçinin ixracında 17,2% artım müşahidə olunub.

Qeyd edək ki, siyasi proseslərlə bağlı Türkiyə iqtisadiyyatında iqtisadi artımın azalacağı proqnozlaşdırılsa da, göstəricilər əksini təsdiqləyib.

 

Müstəqil.Az

Share: