Türkiyədən sarsıdıcı zərbə: 557 terrorçu məhv edildi

Türkiyə Silahlı Qüvvələri “Zeytun budağı” əməliyyatı ilə bağlı hesabat xarakterli açıqlama yayıb.

Müstəqil.Az xəbər verir ki, açıqlamada türk ordusunun bu gün PKK-KCK-PYP-YPG və İŞİD qruplaşmalarına qarşı keçirdiyi əməliyyat zamanı 73 terrorçunun məhv edildiyi bildirilib.

Bununla da əməliyyat çərçivəsində zərərsizləşdirilən terrorçuların sayı 557-yə çatıb.

Əməliyyat çərçivəsində terrorçulara məxsus sığınacaqlar, silah-sursat anbarları, atəş nöqtələri darmadağın edilib.

Müstəqil.Az

Share: