“Prezidenti və onun ailə üzvlərini təhqir edənləri məhkəməyə verəcəm”- İş adamı

Mən Abdalova Ülviyyə bu ölkənin vətəndaşıyam. Burda doğulmuşam və burda da öləcəm.

Müstəqil.Az xəbər verir ki, bu sözləri iş adamı, Ülviyyə xanım Abdalova özünün sosial şəbəkədəki divarında paylaşdığı yazıda bildirib. Xanım Abdalova iddia edir ki, onun biznesinə bir qrup səlahiyyət sahibi bilərəkdən əl basıb, əmlakını yağmalayıb, özünə və ailəsinə təhdid və təhqirlə yanaşı şiddət yaşadırlar. Bundan əlavə həmin qruplaşmış dəstənin bəzi üzvləri çəkinmədən və heç nədən ehtiyat etmədən etdikləri soyğunçuluqda onlara hami olan  yüksək rütbəli məmurlarının adını çəkməklə yanaşı, Prezidentin və ona yaxın olanların da adına qara yaxırlar. Bütün bunlara görə də o, özünün vətəndaşlıq hüququndan istifadə edib o onsanları məhkəməyə vermək istədiyini deyir. İş adamının statusunu olduğu kimi təqdim edirik:

“Ölkəmi də sevirəm, onun vətəndaşlarına da, Prezidentinə də sevgim hüdudsuzdur. Ölkəmizin Prezidentinə, onun apardığı uğurli siyasətə dəstək də vermək hər birimizin borcudur. Hər kəs öz sahəsində bunu etməlidir. Daha miskin əməlləri ilə soyğunçuluq etmək, iş adamlarının, arxasız, kimsəsiz hiss etdiklərinin qanını somurmaq həm əxlaqa sığmaz, həm də qanunlarımız buna yol verməz. Bu ölkədə kimsəsiz heç kəs yoxdur. Ölkənin başçısı, cənab prezidentimiz İlham Əliyev bu ölkənin və vətəndaşlarının qarantıdır. Heç kəs kimsəsiz deyil, onun arxasında Prezident durur. Mənim bir iş adamı olaraq bir neçə il bəzi məmurlar tərəfindən soyğunçuluğa məruz qalmağım, onların haqqıma və əmlakıma əl basmaları, tutduqları vəzifədən sui-istifadə etmələri nə qədər ürək ağrıdıcıdırsa, o qədər də təskinlik tapmamada  israrlı olmağımdan xəbər verir. Mən Prezidentimə güvənirəm. İnanıram ki, o, ağzı və əlləri nahaq qana bulaşmış acgözlərin burunları ovulacaq. Necə ki, yaxın tariximizdə MTN-in, eləcə də əlləri digər korrupsiya və cinayətlərə bulaşmış nazirlərin, komitə sədrlərinin haqqın, ədalətin qarşısında tablamadıqlarının şahidi olduq.
Mənim də həyatımda o iyrənc adamların qara barmaqlarının izi görünmədədir. Bir iş adamı olaraq korrupsiyaya qarşı mübarizə idarəsinin bəzi əməkdaşları özlərinin reket əməlləri ilə ətrafa üfunət yayınlayır. Ölkəmizin, onun Prezidentinin nüfuzunun düşməsinə çalışırlar. Amma bacarmayacaqlar. Mənim və digər iş adamlarının başına gətirdikləri müsübətlərdə çəkinmədən Prezidentin ailə üzvlərinin, yaxınlarının da adını çəkirlər ki, guya onlara bu insanlar hamilik edir. İnanmıram. Nə olsun, bu qudurğanlar utanmadan, qorxmadan SMS yazıb məni ölümlə qorxudurlar. Hətta o SMs lərdə prezidentin komandasınən bəzi üzvlərini və ailə üzvlərini də özlərinə şərik tutur, adlarını çəkirlər.
Bununla da prezidentin işgüzar fəaliyyətinə, onun ailəsinə və doğmalarına həqarət edirlər. Mən bir Azərbaycan vətəndaşı olaraq Prezidenti və onun ailə üzvlərini təhqir edən və aşağılayan həmin əxlaqsız korrupsioner ünsürləri məhkəməyə vermək hüqüqumdan bəhrələnəcəm. Tezliklə onları həm Azərbaycan həm də Beynəlxalq məhkəməyə verəcəm.”

Müstəqil.Az

P.S.Xatırladaq ki bir neçə gün öncə Ülviyyə Abdaloba və bir qrup iş adamı qarşılaşdıqları haqsızlıqla bağlı Türkiyə Respublikasının Prezidenti r.T. ərdoğana və Rusiya Respublikasının Prezidenti V.V.Putinə məktub-xahişlə müraciət etmişdilər ki, onların hüquqlarının pozulduğunu ölkə prezidentinə çatdırsınlar. Özlərinin müraciətini çatdırılmasına sünü maneələr olunur.
P.S.S. Müstəqil.Az qarşı tərəfin münasibətini yayınlamağa hazırdır.

Share: