Hərbi Akademiyada terror :ölənlər,yaralananlar var…

Kabildə hərbi akademiyaya təşkil edilən terror aktına dair məsuliyyəti İŞİD öz üzərinə götürüb. Bu barədə İŞİD-in informasiya agentliyi “Amaqtan” məlumat yayıb.

***

Əfqanıstanın paytaxtı Kabildə ötən gün 95 nəfərin ölümü ilə nəticələnən partlayışın ardından daha bir insident baş verib.

Müstəqil.Az Publika.az -a istinadən xəbər verir ki, bir qrup silahlı şəxs paytaxt Kabildə yerləşən Marşal Fahim adına Milli Hərbi Universitetə hücum edib. Hazırda atışma davam edir. Yerli mətbuatda ərazi yaxınlığında partlayış səslərinin eşidildiyi bildirilir.

Insident nəticəsində akademiyanın 2 hərbçisi ölüb, 10-u isə ağır yaralanıb. İlkin məlumatlara görə, akademiyaya 5 nəfər silahlı şəxs hücum edib. Polis əməkdaşları tərəfindən terrorçulardan 3-ü zərərsizləşdirilib, 1-i isə saxlanılıb.

Hazırda 1 nəfər təslim olmağı rədd edərək, polis əməkdaşları ilə atışmanı davam etdirir.

Əfqanıstan rəsmiləri ali hərbi təhsil müəssisəsində baş verən terror hücumunu təsdiqləyiblər. Hadisə ilə əlaqədar olaraq təhsil müəssisəsinə gedən bütün yollar bağlanıb və polis əməkdaşları gücləndirilmiş iş rejiminə keçib.

Müstəqil.Az 

Share: