Türkiyədəki zəlzələ Suriyada da hiss olundu — 100-dən çox ölü, 400 yaralı

Türkiyənin Kahramanmaraş şəhərində baş verən 7,4 bal gücündə zəlzələ Suriyada da hiss olunub.

“Qafqazinfo” “Al-Hadas” telekanalına istinadən xəbər verir ki, Suriyada zəlzələ nəticəsində 100-dən çox insan həlak olub.

Dağıntılar arasından 400 yaralı çıxarılıb. Həlak olanların əsas olaraq Hələb, Hama və Lazkiye şəhərlərinin sakinləri olduğu bildirilir. 


Share: