Azərbaycan XİN Türkiyəyə başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Türkiyədəki güclü zəlzələ ilə əlaqədar qardaş ölkəyə başsağlığı verib.

“Qardaş Türkiyənin Kahramanmaraş şəhərində baş vermiş güclü zəlzələ nəticəsində insan itkiləri və dağıntılar barədə xəbərləri dərin hüznlə qarşıladıq. Həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı veririk”, – deyə nazirliyin “Twitter” səhifəsində qeyd edilib.

“Azərbaycan Türkiyənin hər zaman yanındadır”, – deyə bildirilir.


Share: