Türkiyədəki güclü zəlzələ qonşu ölkələrə də sirayət etdi: Çox sayda ölən var

Suriyada zəlzələdə həlak olanların sayı 99-a çatıb. 330-dan çox insan yaralanıb.

Bu barədə Suriya Səhiyyə Nazirliyi məlumat yayılıb.

08:47

Türkiyədə gecə saatlarında baş verən 7,4 ballıq zəlzələdən sonra İtaliyada da təhlükəli vəziyyət yaranıb.

İtaliyanın Mülki Müdafiə Departamenti sunami təhlükəsi barədə xəbərdarlıq edib.

08:31

Suriyada, Livanda və Kiprdə qonşu Türkiyədə baş verən zəlzələ ilə eyni vaxtda güclü təkanlar hiss edilib.

Suriyanın Həma əyalətinin mərkəzində bir neçə bina dağılıb. Ölkədə ən azı 42 nəfər ölüb, 200-dən çox yaralı var.

Xilasetmə qrupları Əl-Ərbəin məhəlləsində dağıntılar arasında ölən və yaralananların axtarışını aparırlar.

Hadisə yerinə Suriya Qızıl Aypara Cəmiyyətinin təcili yardım maşınları gəlib.

Dəməşqdə, eləcə də Livanın Tripoli və Beyrut şəhərlərində zəlzələ səbəbindən küçələrə axışan insanlar binaların yaxında parklanmış maşınlarını ərazidən uzaqlaşdırmağa çalışırlar.  

Xatırladaq ki, Türkiyədə gecə 7,4 maqnitudalı zəlzələ olub.

Mənbə: Al Arabiya, Haber Global

Share: