Türkiyədə yük maşını minik avtomobili ilə toqquşdu — Ölənlər var

Türkiyənin Malatya şəhərinin Akçadağ rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Müstəqil.Az  Türkiyə KİV-ə istinadən xəbər verir ki, qəza Kayseri-Malatya şosesinin Muratlı məhəlləsi ərazisindən keçən hissəsində olub.

Minik avtomobili ilə TIR-ın toqquşması nəticəsində altı nəfər həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.


Müstəqil.Az

Share: