Türkiyədə dəhşətli yanğın: ölənlər var

Türkiyənin İstanbul şəhərində səhər saatlarında dəhşətli yanğın baş verib.

Müstəqil.Az xəbər verir ki, yanğın Kadıköyün Fikirtəpə məhəlləsindəki üçmərtəbəli binanın damında başlayıb.

Məlumata görə, yanğın sonradan ətrafdakı binalara da sıçrayıb. Hadisə yerinə yanğınsöndürmə və təcili yardım briqadaları cəlb olunub. Yanğın nəticəsində 2 nəfər həlak olub, yaralıların dəqiq sayı bilinmir.

Müstəqil.Az 

Share: