Türkiyədə atışma: Dördü azərbaycanlı olmaqla beş nəfər yaralandı – VİDEO

Türkiyədə baş verən atışma zamanı bir neçə azərbaycanlı yaralanıb.

Bu barədə Türkiyə mətbuatında xəbər yayılıb.

Məlumata görə, hadisə İstanbulda qeydə alınıb. Belə ki, Sarıyer rayonunda kafedə iki qrup arasında mübahisə yaranıb. Mübahisə atışma ilə nəticələnib. Silahlı insident zamanı 4-ü Azərbaycan, 1-i İran vətəndaşı olmaqla 5 nəfər xəsarət alıb.

Hadisə yerinə xeyli sayda polis əməkdaşı və təcili tibbi yardım cəlb olunub. Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıblar. Xəsarət alanlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

İnsidentin hansı səbəbdən baş verdiyi hələ məlum deyil.

Mənbə: Haber Global

Share: