Türkiyədə 1617 nəfər ömürlük həbs cəzasına məhkum edildi

Türkiyə bu gün 2016-cı ilin 15 iyulunda FETÖ terror təşkilatının hərbi çevrilişə cəhdinin ikinci ildönümünü qeyd edir.

Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, Ədalət Nazirliyinin açıqladığı son məlumatlara görə, çevriliş cəhdindən sonra Türkiyə daxilində 289 cinayət işi açılıb.

Onlardan 184-ü tamamlanaraq hökm çıxarılıb, 105 cinayət işi hələ davam edir.

Hökm çıxarılan 184 cinayət işi çərçivəsində 729 şübhəli ağırlaşdırılmış ömürlük, 888 şübhəli ömürlük, 655 şübhəli isə 1 il 2 aydan başlayaraq 20 ilə qədər müxtəlif müddətlərdə həbs cəzalarına məhkum edilib.

Bundan başqa, qiyam iştirakçılarına qarşı ümumilikdə 112 milyon 524 min lirə tazminat iddiası qaldırılıb.

Share: