“Palmali”nin uğurlarına sevinməyənlər yetərincədir

 

“Gəzməyə qürbət ölkə”… Müstəqil.Az-ın yeni layihəsi belə adlanır;  Bu layihədə ölkədən kənarda fəaliyyət göstərən insanlarımz, onların əmək, elm, sənət aləmindəki uğurlarından bəhs edəcəyik. İlk həmsöhbətimiz Palmali Şirkətlər Qrupunun “İlyas Əfəndiyev” quru yük gəmisinin baş mexanniki vəzifəsində  çalışan Yaqub Həmidlidir.

 

-Yaqub bəy, illərdir ki dənizçi kimi fəaliyyət göstərirsiz, doğulduğun rayon da dənizdən uzaqdır. Haradan yarandı bu sənətə maraq?

– Doğulduğum Ucar rayonun dənizlə heç bir yaxınlığı yoxdur. Dənizi isə uşaqlıqdan sevmişəm. Hələ erkən yaşlarımda mənim hansı sənətin ardınca getməyimi soruşduqda ya tankçı, ya da dənizçi olacağımı deyərdim. Orta məktəbdə oxuyarkən sinif yoldaşlarımın “Xatirə” dəftərlərinə dənizçi olacağımı xüsusi ilə qeyd edərdim. Özüm də xaraktercə sərt və dəqiq adamam, görünür dəniz havalı olmağımın bu sahəni seçməyimdə xüsusi rolu oldu. Onu bildirim ki, seçim özümün idi. Kənardan kimsə məni  həvəsləndirsin, ya başa salsın ki, bu sahəni seçim, belə olmamışdı.

– Hazırda xarici sularda üzürsüz, doğma Xəzər üçün darıxmırsız ki?

– Sizcə darıxmamaq mümkündürmü? Xəzər Azərbaycanın bir parçasıdır, Vətəndən ötrü darıxmazlarmı? Uzun müddət Xəzər Gəmiçiliyində işləmişəm. Məni Xəzər dənizi yetişdirib, böyüdüb, dotu dost, düşməni düşmən kimi tanıdıb. İqlimi nə qədər sərt olsa da, o qədər doğmadır. Bizim xalqın milli sərvətidir Xəzər dənizi..

– Hazırda “Palmali” Şirkətlər qrupunun gəmiçiyində çalışırsız, bu şirkətdə olmaq sizə nələri verdi?

– Palmalidə çalışmaq ürəyimcədir. Dünyanın 5 ən iri gəmiçilik şirkətlərindən biridir. Həm də bu bizim milli şirkətimizdir.

– Yaqub bəy, ümumiyyətə bu şirkət bir Azərbaycan brendi olaraq dünyada tanınmada, siz dənizçilər hansı hissi keçirirsiz?

– Çox düzgün buyurdunuz, Palmali bir gəmiçilik şirkəti olaraq Azərbaycanın tarixini, mədəniyyətini yaşadır, təbliğ edir. Belə bir şirkətin gəmilərində olmaq, dünya sularında üzmək çox qürurvericidir. Hər kəsə də yaxşı məlumdur ki, bu şirkətin sahibi nə dərəcədə vətənpərvərdir, o əməlləri ilə bunu təsdiq edib.

– Bütün bunlarla yanaşı bəzən Şirkət haqda xoşagəlməz sözlər danışılır...

-Lakin Şirkət öz işindədir. Yeni gəmilər alır, yeni layihələr gerçəkləşdirilir. İstəməzdik ki, belə hallar olsun, amma meşə çaqqalsız olmaz. Mübariz Mənsimovun adının  ətrafında isə ulaşan çaqqallar çoxdur. Düşünürəm ki, itin hürməsi, karvanın yolunu qət etmsinə mane ola bilməz…

– Necə düşünürsüz, bütün bunlar gözü götürməzlikdən irəli gəmir ki?

– Bilirsiniz, Planetin 4-də 3-ü su hövzələridir və bu sularda dunyanın gəmiçiliklə məşğul olan bütün ölkələrinə məxsus gəmiləri üzür. Bu ölkələrin içərisində bizi sevən, rəğbət bəsləyən, eləcə də düşmən münasibəti bəsləyən ölkələrin gəmiçilik şirkətləri də var. Təsəvvür edin, istənilən halda bu gəmilərlə ünsiyyətdə olursan, bütün bunlar qürurvericidir. Baxın, milli ruhun yüksək olduğu bu şirkət o danışıqlarda da özünü yaxşı tərəfdən göstərir. Lakin uğurlara sevinməyənlər yetərincədir…

– Şirkətin gəmiləri haralarda üzür?

-“Azəri Qarbağ” adı ilə özünü təqdim etmək, “Baku Star”, “Qobustan”, “Mübariz İbrahimov”, “Həzi Aslanov”, “Naxçıvan” və sairə kömi gəmilərlə özümüzü dünya sularında tanıdırıq, belə təqdim etməyin sevinci, qüruru tam başqadır.

Hal hazırda mənim baş mexanniki olduğum “İlyas Əfəndiyev”quru yük gəmisi, “Naxçıvan” və “Əhməd Mahmudov ” gəmisi eyni vaxtda yük götürmüşük və səfər təlimatı üzrə hərəkətdəyik. Bizdən qabaqda isə “Riyad Əhmədov” quru yük gəmisi yüklənib körpüdən aralanmışdı. “İsmayıl Şıxlı” gəmisinin  Kiprə yük apardığını efir vasitəsi ilə eşidirik. “Dahi bülbül”, “Azəri Qarabağ”, “Nəsibə Zeynalova” tankerləri yüklənmədə, uzaq səfərə çıxmaq ərəfəsindədir.”RIROYL-4″tankeri Yunanıstana getdi. Bu inkişafı görən bəzi xain, paxil insanlar şirkəti nüfuzdan salmağa calışırlar.

– Gəmilər və dənizçilər özlərini Azərbaycanın bir parçası kimi necə təqdim edir?

-Əlbəttə, çox gözəl, çox böyük bir sevgi ilə təqdim edirik. Şirkətin rəhbəri Mübariz Mənsimovun milli olması hər kəsə sirayət edir. Şirkətin uğurlarına sevinməmək olmur. Bax sizə fakt olaraq deyə bilərəm ki,  şirkət son 3 ay ərzində 5 şirkətlə muqavilələrə imzalar atıb .

– Hansı müqavilələrdi?

– Bunlar “TIN TREYK”, “REPSOL”, “INTOIL”, ” NIKOIL” və “YUQ RUSI” şirkətləridir ki, bu şirkətlərə aid bütün yükləri Palmali daşıyacaq.

Eyni zamanda PALMALI şirkəti Türkiyəyə məxsus, taxil sahəsində nəhəng wirkət olan ” TIRYAKI QRUP” ilə də 5 illik muqavilə imzalanıb ve bu şirkətin taxil , lobya ve digər yüklərini də növbəti 5 ildə Palmali daşiyacaq.

Bundan başqa hazırda Avropa və Amerikaya məxsus olan 3 nəhəng qaz şirkətləri ilə danışıqlar gedir və Palmali neft daşımaqla bərabər qaz daşımacılığını da həyata kecirməyi planlayır.

-Dediniz yeni gəmilər alınır…

– Hə, bu haqda Şirkətin rəsmi elektron səhifələrində ətraflı məlumat əldə etmək olar. Hal hazırda şirkətin Rusiya və Malta bayraqları altında 100-dən çox gəmisi var və kirayələdiyi gəmiləri də hesablasaq 200 dən çox gəmisi dunya sularında daşimaçiliqla bərabər Azərbaycan adını dunyaya tanıdir.

Bəzi maddi problemlerin səbəbi isə Amerika və Avropa tərəfindən Rusiyaya qoyulan maliyyə sanksiyalaridir. Çunki şirkətin hazırda əsas daşimaçılq bazarı Rusiyadır. Artıq maaş gecikmələri aradan qalxıb. Bu aydan isə maaşalar gəmiyə gətiriləcək . Şirkətin gəmiləri bütün dünya sularında üzürlər. Aralıq dənizində, Qara dənizdə, Azov dənizində, Adriatik dənizində okeanlarda üzən gəmilər özləri ilə Azərbaycan segisi də gəzdirir, ölkəmizi tanıdırlar…

Faiq B.

 

Share: