Türk tarixinin bir nişanəsi: Ak Tura. (indi: Axtırka).

Ak Tura, yəni müasir adı Rus dilinə adaptə olunduğu şəkildə Axtırka olan şəhər Sum vilayətində (Ukrayna) yerləşir. Tarixi qaynaqlarda ilk dəfə VIII əsrdə görünən bu şəhər haqqında maraqlı olan məntəqə haqqında ilk məlumatda onun adının “Türk yurdu” kimi çəkilməsidir.

Qala qıvrıla-qıvrıla axan Ak Tura çayının bir həlqə kimi qıvrıldığı yerdə salındığından onun mövqeyi çox əlverişli sayılırdı və ətrafdakı göllər onun müdafiə qüdrətini artırırdı. 1633-1634-cü illər IV Sultan Murad zamanı baş verən Polşa-Türk savaşı sonucu olaraq Osmanlı dövlətindən Reç Pospolitaya (Polşaya), 1647-ci ildə isə Polyaklardan rusların idarəsinə keçmişdir. Həmin ildəncə şəhərdə ilk monastır və kilsələrin tikintisinə başlanılmışdır. Artıq bu illərdən şəhərin Türk tarixi bitir, onun sonrakı tarixi başlayır. Ruslar onu Kırımdan və Böyük Çöl xalqlari axınlarından qorunmaq üçün həmən bir sərhəd qalası olaraq möhkəmlətmişlər. Sənədlərdə adı Çerkas kimi keçən kazakları qalaya yerləşdirdılər.(1651-58). Onlar tarixdə xüsusi yer tutan möhtəşəm Axtır alayını təşkil etdilər. Rusiyanın hərb tarixində, ədəbi-bədii əsərlərdə tez-tez rastlanan şan-şöhrətli alaylar içərisində Axtır alayı tarixdə bir neçə yüzilliklər bu Türk adını yaşatmaqdadır. Şəhərə bağlı kəndlər arasında öz Türk adını saxlayan yaşayış məntəqə adları da kifayət qədərdir: Kardaşovka, Kamış, Bakir, Çupak, Bandur, Bedana, Kaçanovka, Kabluki, Şaxbaltaevo… …Artıq Axtır yaşayış məntəqəsi bir hərb şəhəri olaraq böyük önəm daşıyırdı və onun idarəsi Axtır alayına həvalə olunmuşdu. Axtır alayının qoruma alanları hüdudsuz idi; Suma, Xarkov, Poltava, Belqorod əyalətləri də bu hərbi birliyə tabe idi. Ak Tura hərbiləşmiş alay qalası olaraq tezliklə gur, böyük şəhərə çevrilir. 1707-ci ildə I Pyotr bu diyarın hərbi vəziyyətini öyrənmək üçün Ak Turada olmuş və fərmanı ilə Ak Turaya şəhər status vermişdir. Bu zamandan o, əhalisinin sayına görə Xarkov və Sum şəhərlərini geridə qoyurdu. Ak Tura öz adının mənaca izahına görə çox şəffaf bir toponimdir. Türk dillərində Ak Tura “Ağ qala” mənasına müvafiq gəlir. Sibirin Türk yer adlarını araşdıran Valeev tarixçi Millerə əsaslanaraq tura sözünün türk dillərində “möhkəmləndirilmiş yaşayış məntəqəsi, sığınacaq, “qala” mənasını göstərir. Örnəyin: Sibirdə Aba Tura (indi Novokuznetsk) adında, Altay ölkəsinin cənub -şərqində dağ adı olaraq rast gəlinir. Kırımıın Türk yer adları içərisində də Ak Tura (indiki adı Yemelyanovka) adlı yaşayış məntəqəsi adı olmuşdur. Kuban diyarında (indiki Krasnodar vilayəti) eyniadlı qəsəbə vardır. Qərbi Sibirdə Aba Tura (indi: Novokuznetsk); Sibirdə çay (Tobol çayının qolu) adı. Mərkəzi Rusiyanın Türk coğrafiyasında tez-tez rast gəlinir. Vaxtilə qədim Türk (Tatar) yurdu olan Çul kalada (Nijni Novqorod), Moskvada, Tver, Voronej, Vladimir və Kostroma vilayətlərində yaşayış məntəqəsi adı olaraq yaşamaqdadır.

Professor

Share: