“Türk milləti dünyaya demokratiya dərsi verdi” — Baxçalı

“Türk milləti bütün dünyaya demokratiya dərsi verib”.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, bunu Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı jurnalistlərə açıqlaması zamanı deyib.

“28 mayda keçiriləcək prezident seçkilərində millətimiz sabitliyə, müstəqilliyə və gələcəyə dəstək verəcək”, – deyə Baxçalı bildirib.

Qeyd edək ki, Türkiyədə prezident seçkilərinin ikinci turu mayın 28-də olacaq. 


Share: