Ukrayna Ali Məhkəmənin sədri rüşvət alarkən tutulub

Ukrayna hüquq-mühafizə orqanlarının əməkdaşları Ali Məhkəmə rəhbərliyinin iştirak etdiyi korrupsiya sxemini ifşa ediblər.

Məlumata görə, Ukrayna Ali Məhkəməsinin sədri Vsevolod Knyazev rüşvət üstündə yaxalanıb. Bildirib ki, söhbət 2,7 milyon dollar məbləğində rüşvətdən gedir.

Qeyd olunub ki, Knyazev Ukraynada rüşvət alarkən tutulan ən yüksək vəzifəli məmurdur. O, 2021-ci ildən Ali Məhkəmənin sədridir.

Mənbə: rbc.ua

Share: