Məşhur şirkət 8 min əməkdaş axtarır

“Lufthansa Group” bu il daha 8 min nəfəri işə götürməyi planlaşdırır.

Məlumata görə, müxtəlif ölkələrdə işləmək üçün texniklər, informasiya texnologiyaları ekspertləri, pilotlar və hüquqşünaslar axtarılır.

Şirkət bu il artıq 6 min yeni işçi qəbul edib. Onların əksəriyyəti əlavə iş yerlərinə cəlb olunublar.

Qeyd edək ki, pandemiya zamanı “Lufthansa” dünya miqyasında demək olar ki, 40 min iş yerini ixtisar edib.

Mənbə: aussiedlerbote.de

Share: