Türk lirəsi 7 dollara yaxınlaşdı…

Türkiyədə dollar və avronun lirəyə nisbətdə bahalaşması davam edir.

Müstəqil.Az xəbər verir ki, dünən gecə saatlarında tarixi rekord səviyyəsinə – 6,80 lirəyə yüksələn dollar sonradan 6,40 lirə səviyyəsinə geriləsə də, bu gün yenidən bahalaşıb.

Hazırda Türkiyədə dolların alış kursu 6,83, satışı isə 6,84 lirə təşkil edir. Avronun alışı 7,77 lirə, satışı 7,83 lirədən aparılır.

Bu arada, Türkiyə Mərkəzi Bankı banklara lazım olan likvidliyi verəcəklərini açıqlayıb.

Ölkənin xəzinə və maliyyə naziri Berat Albayrak isə Rusiyanın da bənzər böhran yaşadığını bildirərək, çox tez bir zamanda vəziyyətin düzələcəyini qeyd edib.

Share: