Merkel ABŞ-ın TÜRKİYƏYƏ qarşı iqtisadi müharibəsinə qarşı çıxdı..

Almaniyanın kansleri Angela Merkel ABŞ-ın Türkiyəyə qarşı iqtisadi müharibəsinə qarşı çıxıb.

Müstəqil.Az Publika.az-a istinadla xəbər verir ki, Merkel Türkiyə iqtisadiyyatının zəifləməsinin heç kimin marağına xidmət etmədiyini bildirib.

“Türkiyə iqtisadiyyatının çökməsi heç kimin marağına uyğun deyil. Almaniya Türkiyənin iqtisadi rifah içində olmasını istəyir”, – deyə Merkel vurğulayıb.

Qeyd edək ki, ABŞ-ın Türkiyəyə iqtisadi hücumundan sonra dünyanın müxtəlif yerlərindən türk lirəsinə dəstək gəlir.

Share: