Bakıda kişi soyunub intihara cəhd etdi – VİDEO

Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin binasından intihara cəhd hadisəsi baş verib.

Müstəqil.Az Oxu.Az-ın məlumatına istinad edərək xəbər verir ki., məcburi köçkün, gözdən əlil idmançı Natiq Hüseynov mənzil problemi ilə bağlı komitə sədri Rövşən Rzayevin qəbuluna gəlib.

Məsələ həll olunmadığı üçün o, soyunaraq intihara cəhd edib. Hadisə yerinə müğənni Manaf Ağayev gələrək onu intihar fikrindən daşındırıb.

Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsindən Oxu.Az-a bildirilib ki, məsələ barədə hələlik bir məlumat verə bilməzlər:

“Qısa müddət ərzində hadisə barədə ictimaiyyətə geniş məlumat veriləcək”.

Qeyd edək ki, məsələ barədə ilk məlumatı BakuPost yayıb.

Müstəqil.Az

Share: