Türk Kitabı. Unudulan Tarix… – Minə xanım Nuriyeva – Təkləli

(davamı. X təqdimat)

Müstəqil.Az tanınmış türkoloq, filologiya elmləri doktoru, professor Minə xanım Nuriyeva-Təkləlinin Rusiya ərazisindəki tarixi türk şəhərlərindən dolğun məlumat verən “Türk Kitabı. Unudulan Tarix…” kitabının hissə-hissə davamlı olaraq byayınına başlayır.

  Kitabda tarixən Türk xalqları yaşayan böyük ərazilərdə, eləcə də indi digər respublikaların hüdudları içərisində qalan ulu Türk torpaqlarında bir neçə yüz illər boyunca    adı dəyişdirilən, başqa yad adlarla əvəz edilən əski Türk məskənlərindən bəhs edilir. Əldə olunan nəticələr vasitəsilə Altaylardan Balkanlara və Cənubi Qafqazlaradək olan əzəli Türk torpaqlarının həqiqi mənzərəsi əks olunur.

Atkarsk. Altın Orda şəhəri: Atkar.

Saratov vilayətində (Rusiya) şəhər; Atkar çayı üzərində yerləşir. Tarixi mənbələrdən (Mərkəzi Dövlət Arxivindəki) aydın olur ki, Atkarsk adı 1780-cı ildə İtkara (Etkara~Atkara) adının dəyişdirilməsilə yaranmışdır. Bu kəndin adına hələ XIV əsrə aid yazılı mənbələrdə İtkara çayı üzərində bir yaşayış məskəni olaraq rast gəlinir (1, 7). İtkara adı sənədlərdə Qızıl Orda ulusu rəisinin adı kimi çəkilir.

1358-də İtkara şəhəri ərazisində hərbi –strateji məntəqə üçün lazım olan qalın, sıx meşə içində Tatar xan İtkaranın ulusu qərar tutduğu göstərilir. Lakin çayın adının da yaşayış məntəqəsinin adıyla əlaqələndirilməsi göstərir ki, bu ad həmin şəxsiyyətin adından daha qədim olmalıdır. Coğrafi adın tərkibinin birinci hissəsi it~et Qaqauzlarla bağlı yer adlarında İteli (indi: Etuliya) rast gəlinir. Kazan və Astarxan xanlığının işğalından sonra güclənən Moskva dövlətinin əli buralaradək uzanırdı; lakin I Pyotrun zamanına qədər elə ciddi dəyişikliklər olmadan ötüşülürdü. Sonralar güclü taxılçılıq rayonu kimi məşhur olan İtkarın tarixində dönüş Pyotrun Azov səfəri ilə baş verdi. Belə ki, burada ilk olaraq keşikçi məntəqələrinin salınması məhz Pyotrun tədbirlərindən biri oldu. 1699-cu ildə çarın fərmanı ilə belə keşikci məntəqəsinin İtkara çayının üstü seçildi və gəlmə rus saldatlarının tələffüzündə slaboda Etkar adı ilə anılırdı. Beləliklə, Rusların bura ilk gəlişi və məskunlaşma tarixi bu zamandan başlayır. İmperatriça 2. Yekaterinanın hakimiyyət illərinədək belə davam etdi; Etkar yalnız xidmət aparan rus soldatlarını ailəsindən ibarət keşikçi slabodası kimi məlum idi. II Yekaterina əsrində ardıcıl baş verən müharibələr nəticəsində artıq rus məskəni kimi abadlaşan Etkar çariçanın fərmanı ilə şəhər statusu alır. Lakin 16 il sonra hakimiyyətə gələn çar Pavel bu sərəncamı ləğv edir. Etkarın şəhər statusu geri götürülür. O, anasının çarlığı dövründə həyata keçirdiyi bütün tədbirlərə rişxəndlə yanaşırdı; bacardığı qədər həyata keçirilən bu işlərin əleyhinə sərəncam verib ləğv edirdi. Bu əmrdən 8 il sonra Etkarın şəhər statusu yenidən bərpa edilir. Şəhərin ərazisində qədim mordvalılara aid olan qəbirlər aşkar edilmişdir. Mordvalıların və Volqa tatarlarının burada yaşam tarixi eradan əvvəllərə gedib dayanır. Şəhərin adının tərkibindəki kar qədim türk dillərində “qala, hasar” deməkdir. Karman, (və ya kirman) şəklində türk yer adları sırasında rast gəlinməkdədir. Belə ki, kar sözü mari dilində müstəqil olaraq “şəhər, qala” mənasını ifadə edir. Müqayisə edək: Sktıvkar, Çeboskar, Kudımkar və s. (2, 118).

1. Игнатьев В. Н., Лебединский М. И. Город Аткарск, Саратов, 1981
2. А.С. Львов. Из лексических наблюдений – Этимология 1980, М., Наука, 1982


İtkara tatarları

Atkarskda əski evler

Şəhərə öz adını verən Atkara çayı

Share: