Tramp ona qırmızı papaq hədiyyə etdi

ABŞ-nin keçmiş prezidenti Donald Tramp Macarıstanın Baş naziri Viktor Orbana beysbol papağı hədiyyə göndərib.

“Qafqazinfo” xəbər verir ki, Orban bu barədə “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

“Görün, bu gün poçta nə gəldi! Dəstəyiniz üçün təşəkkür edirəm, Donald Tramp”, – deyə Macarıstanın Baş naziri üzərində Trampın adı olan qırmızı rəngli papağı ilə çəkilmiş şəklinə başlıq yazıb.


Share: