Paşinyan yaxın aylarda Azərbaycanla sülh nizamlanması perspektivlərinə nikbin yanaşır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistanın baş naziri Nikol Paşinyan yaxın aylarda Azərbaycanla sülh  nizamlanması perspektivlərinə nikbin yanaşır.

O, bu barədə “The Wall Street Journal” nəşrinə müsahibəsində bildirib.

Baş nazir ölkəsinin Rusiya ilə tarixi əlaqələri ilə bağlı suala cavab olaraq Ermənistanın türk qonşuları – Türkiyə və Azərbaycanla daha uzunmüddətli tarixi əlaqələrinə diqqət çəkib.

“Bütün suallar buradadır və bütün cavablar da buradadır. Biz ilk növbədə regional əlaqələrimizi yaxşılaşdırmağa çalışmalıyıq”, – deyə Paşinyan bəyan edib.

Ermənistan lideri qeyd edib ki, ölkəsi yeni tərəfdaşlar axtarır, çünki Moskva, xüsusən də son bir ayda müttəfiq kimi öhdəliklərini yerinə yetirmir.

“Bu hadisələr bizi mahiyyətcə təhlükəsizlik üzrə əlaqələrimizi şaxələndirmək qərarına gətirib çıxardı və biz hazırda buna çalışırıq”, – hökumət başçısı vurğulayıb.

O əlavə edib ki, bu baxımdan Ermənistanda Rusiya hərbi bazalarının mövcudluğunu saxlamaqda heç bir üstünlük görmür.

Share: