Tramp Moskva və Tehrana çağırış etdi

ABŞ Prezidenti Donald Tramp Əsəd rejiminin İdlibdəki müxaliflərə hücuma hazırlaşmasını kəskin şəkildə pisləyib.

Müstəqil.az xəbər verir ki, Tramp bu barədə fikrini öz Tvitter səhifəsində paylaşıb.

“Ruslar və iranlılar bu potensial insanlıq faciəsinə qatılaraq ciddi insani xətaya yol verirlər. Yüz minlərlə insan ölə bilər. Bunun olmasına izn verməyin”, – deyə o bildiirb.

Qeyd edək ki, İdlib Əsədə qarşı vuruşan müxaliflərin nəzarət etdiyi son bölgədir. Əsəd rejimi İran və Rusiyanın dəstəyi ilə bu əraziyə hücuma hazırlayır.

 

Share: