Nazarbayevi Türk dünyasının ağsaqqalı hesab etmək doğrumu?: Ərdoğandan ilginc iddia…

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qırğızıstandakı Türk Şurasının sammitdə bir ifadə işlətdi ki, Nazarbayev Türk dünyasının ağsaqqalıdır. Haqlı sual yaranır, əgər belədirsə, bəs bu ağsaqqal niyə Qarabağ münaqişəsinin həllində biz gözlədiyimiz dəstəyi vermir Azərbaycana? Axı ağsaqqalın missiyası başqadır Türk dünyasının şətlərinə görə…
Millət vəkili Fazil Mustafa da Ərdoğanın bu yanaşmasına qatılır. Moderator.az-a açıqlamasında F. Mustafa deyir ki, Nazarbayevin vəziyyəti biz düşündüyümüzdən mürəkkəbdir:
“Nazarbayev həqiqətən də yürütdüyü siyasətlə “ağsaqqal” sözünü doğrultmaqdadır. Bu həm də bütün türklərin şansıdır ki, Qazaxıstan kimi mürəkkəb etnik mozaikası olan bir ölkədə belə bir hazırlıqlı lider müstəqillikdən sonra iş başında oldu. O, öz vizyonunu anlayan və məsuliyyətini unutmayan bir şəxsiyyətdir. Azərbaycanla münasibətlərində isə olduqca səmimi jestlər edir. Bu gün Qırğız Respublikası və Özbəkistanla soyuq münasibətləri aşa bilməsi də onun ağsaqqallığının bir sübutudur.  Bu məsələdə Ərdoğanın bənzətməsi yerindədir.

Share: