Teatr Forumunun tarixi dəyişdirildi

Teatr Forumunun vaxtı dəyişilib.

Kulis.az xəbər verir ki, bu barədə APA-ya Mədəniyyət Nazirliyindən məlumat verilib.

” Azərbaycan teatr rejissoru, Azərbaycan Respublikasının Xalq artisti, Teatr Xadimləri İttifaqının İdarə Heyətinin sədri, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri – baş rejissoru Azər Paşa Nemətovun vəfatı ilə əlaqədar teatr forumu 10-11 aprel tarixlərindən 11-12 aprel tarixlərinə keçirilmişdir “, – məlumatda deyilir.

Share: