Tarixi abidə ərazisində körpələrə aid skeletlər tapıldı

Şəkidə tarixi abidədə aparılan bərpa-quruculuq işləri zamanı körpə uşaq skeletləri aşkar edilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, dünən Şəki şəhər Yuxarıbaş Milli Tarix Memarlıq Qoruğu ərazisində yerləşən və hazırda şəbəkə sexi kimi fəaliyyət göstərən tarixi tikilidə təmir-bərpa işləri aparılarkən skeletlər üzə çıxıb.

Belə ki, Dövlət Turizm Agentliyi tərəfindən həyata keçirilən işlər zamanı tarixi binanın içindəki beton döşəmə təmir edilərkən 80 sm – 120 sm dərinlikdə skeletlər aşkar edilib. İlkin baxış zamanı skeletlərin körpə uşaqlara aid olması və uzun illər əvvəl oraya qoyulması müəyyən edilib.

Faktla bağlı Şəki Rayon Prokurorluğunda araşdırma aparılır.

Nizam Rza


Share: