Tarix hələ belə vəhşilik görməmişdi…

1992-ci ilin Fevralın 25-dən -26 – na keçən gecə erməni quldurları Rusiya ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayı bölmələrinin iştirakı ilə Azərbaycanın Xocalı şəhərini məhv etdilər.

Həmin gecə aramsız güllə yağışından qurtulub, ayağıyalın, başıaçıq halda meşələrə, dağlara üz tutanların çoxusu yolda dondu, qar uçqunlarına düşdü.
O gecə hara gedəcəyini, kimdən imdad diləyəcəyini bilməyən, insan meyitləri arasında çaş-baş halda vurnuxanların, ətrafda nə baş verdiyindən xəbərsiz körpənin, gözlərini həyata əbədi yummuş insanların obrazı bu gündə gözlərimiz önündən çəkilmir.
O gecə Xocalı sakinlərinin üzləşdiyi müsibətlərin hansı birini dilə gətirəsən, hansı birini deyəsən, hansı birindən yazasan?
Erməni faşistləri heç kimə-qocalara, qadınlara ,uşaqlara hətta südəmər körpələrə belə rəhm etmədilər.
Onlar bütün insani hisslərdən məhrum idilər.
Tarix hələ belə vəhşilik görməmişdi…
Bunları dillə demək mümkün deyil. Bütün bu vəhşilikləri törədərkən onlar heç kəsdən çəkinmirdilər, ona görə də heç kimə rəhm etmirdilər. Axı bu insanlar onlara nə etmişdir?
Bu dərd bizi həmişə için- için sızladır. Bu faciə bizim qan yaddaşımızdır.
Bunları heç vaxt yaddan çıxartmamalıyıq.
Erməni vandallarının bu vəhşiliklərini heç vaxt unutmaq olmaz.
Bütün Xocalı şəhidləri Allah rəhmət eləsin,
ruhları şad, məkanları cənnət olsun.
Dənizçilər adından ailələrinə və yaxınlarına səbr diləyirəm.

Nazim Həbibov,

Uzaq Səfərlər Kapitanı

Share: