Tərtərdəki qətlin təfərrüatları məlum olub

Tərtərdə baş verən qətlin bəzi təfərrüatları məlum olub.

xəbər verir ki, hadisə zamanı qətlə yetirilən 1981-ci il təvəllüdlü Şəmilov Elburus Cəbrayıl oğlu rayonun Suvarma sistemleri idaresinin işçisi olub.
Bu gün zərərçəkən Buruc kəndi ərazisində əkin sahələrinə görə pulu yığan zaman 1971-ci il təvəllüdlü Hüseynov Muradxan İsa oğlu mübahisə edib.

Belə ki, Muradxan Hüseynov pulu olmadığını və əkin sahəsinə görə suyun ödənişini edə bilməyəcəyini bildirib.

Bu zaman tərəflər arasında söyüş üstündə mübahisə yaranıb. Muradxan Hüseynov Elbrus Şəmilovu kəsici alətlə qətlə yetirib.

Hadisəni törədən şəxs tutulub, faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanılıb.

Onu da qeyd edək ki, qətlə yetirilən Elbrus Şəmilov hazırda barəsində cinayət işi olub və hazırda məhkəmənin icraatında araşdırılmış.

Emin Babayev

Share: